Modern.az

Sumqayıtın sosial-iqtisadi inkişafının prioritet istiqamətləri müzakirə olunacaq

Sumqayıtın sosial-iqtisadi inkişafının prioritet istiqamətləri müzakirə olunacaq

Ölkə

22 Yanvar 2010, 18:09

2010-cu ilin may ayında “Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri” mövzusunda konfrans keçiriləcək. Konfransın hazırlıq işlərinə artıq start verilib. Tədbirlər planı və müvafiq arayışlar hazırlanır, konfransda müzakirə olunacaq məruzə və təkiliflərin təqdim edilməsi üçün adidiyyatı dövlət orqanlarına, şəhərin müəssisə, idarə və təşkilatlarına müraciətlər edilib. Konfransdan əvvəl Sumqayıtın sosial-iqtisadi inkişafını və nailiyyətlərini əks etdirən sərgi təşkil olunacaq. Şəhərin mövcud sosial-iqtisadi vəziyyətinin və gələcək inkişaf yollarının müzakirə edildiyi analoji konfranslar son 6 ildə Sumqayıtda ənənəvi hal alıb. May ayında keçirilməsi nəzərdə tutulan tədbir sayca 9-cu  elmi-praktik konfransdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!