Modern.az

Azərbaycan yazıçıları Təbrizə müraciət etdi - SİYAHI

Azərbaycan yazıçıları Təbrizə müraciət etdi - SİYAHI

6 İyul 2012, 12:12

Azərbaycanın bir qrup yazıçısı İranda həbs olunan Azərbaycan şairlərinin azad edilməsi ilə bağlı Təbriz yazıçılarına müraciət edib. Modern.az-ın məlumatına müraciətdə deyilir:

Əziz qələm dostlarımız və qardaşlarımız!

Artıq iki aydır ki, Azərbaycan şairləri Fərid Hüseyn və Şəhriyar Hacızadə Təbrizdə heç bir əsas olmadan həbs olunaraq saxlanılır. Biz bu gəncləri yaxşı tanıyırıq və onların hər hansı bir casusluqla, yaxud narkotiklə məşğul olmalarına da inanmırıq. Bu gənclər Azərbaycanın istedadlı gəncləridir, onların taleyi bizi çox narahat edir. Biz Təbrizli qələm dostlarımızı, qardaşlarımızı oraya xoş məramla poeziya festivalına getmiş Fərid Hüseynlə Şəhriyar Hacızadənin taleyinə biganə qalmamağa çağırır, onların hüquqlarının qorunması uğrunda mübarizəyə qoşulmağa səsləyirik. İnanırıq ki, siz də Azərbaycan şairlərinin azadlığa buraxılmasında bütün səy və bacarıqlarınızı əsirgəməyəcək, şəxsi və ictimai əlaqələrinizdən istifadə edərək İran hökumətindən gənc qələm dostlarımızın hüquqlarını bərpa etməyi, onların azad edilib dərhal Azərbaycana dönməsini tələb edəcəksiniz. Biz İranın sağlam düşüncəli, saf əqidəli ziyalılarına inanır və ümid edirik ki, bizim haqq səsimizə və çağırışımıza hay verəcəklər.

Hörmətlə,

Bir qrup Azərbaycan yazıçıları:

Əlabbas

Kamran Nəzirli

Yaşar

Saday Budaqlı

Salam Sarvan

Aslan Quliyev

Kəmalə Abiyeva

Fəxri Uğurlu

Aqşin

Aysel Əlizadə

Eyvaz Zeynalov

Nəriman Əbdülrəhmanlı

Azad Qaradərili

Natiq Məmmədli

Akif Aşırlı

Elçin Mirzəbəyli

Aydın Xan

Dayandur Tağıyev

Avdı Qoşqar

Əhməd Oğuz

Mahmud Vəli

Zahir Əzəmət

Rəbiqə Namiqqızı

Sevinc Çılğın

Zaur Qəriboğlu

Sayman Aruz

Oqtay Hacımusalı

Cəlil Cavanşir

Həmrəylik göstərmək istəyən yazarlar üçün siyahı açıqdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər