Modern.az

Məhəbbət Kazımov: ““Laçınım mənim” himnə çevrilib” - Bir mahnının TARİXÇƏSİ

Məhəbbət Kazımov: ““Laçınım mənim” himnə çevrilib” - Bir mahnının TARİXÇƏSİ

Mədəni̇yyət

7 İyul 2012, 10:54

Modern.az saytı şəhər və rayon adlarına bəstələnən musiqilərlə bağlı silsilə yazılardan birincisini təqdim edir. İlk yazı isə müğənni Məhəbbət Kazımovun Laçın rayonu barəsində ifa etdiyi “Laçınım mənim” mahnısına həsr olunub.


Məhəbbət Kazımov “Laçınım mənim” mahnısının yaranma tarixi ilə bağlı bəzi məqamları açıqlayıb:


“Bu mahnı 1998-ci ildə yaranıb. Sözləri Osman Alovluya, musiqi və ifa isə özümə məxsusdur. Torpaqlarımız işğal olunanda düşündüm ki, belə bir mahnıya ehtiyac var. Bu mahnını yaratmaq ideyası mənim özümə məxsusdur və kimsə mənə bunu yaz deyə də müraciət etməyib. Osman Alovlunun şeirini oxuyanda sözlər mənə güclü təsir etdi və bu musiqini bəstələdim. Sonra heç xəbər vermədən bu musiqini araya-ərsəyə gətirdim. Osman Alovlu xəbər tutanda mənə öz təşəkkürlərini bildirdi. Mahnı lentə alınandan düz bir həftə sonra bütün musiqi köşklərində satılmağa başladı. Həmçinin də qısa müddət ərzində bütün bölgələrimizə yayıldı və dinləyicilər tərəfindən də çox böyük rəğbətlə qarşılandı. Hətta heç tanımadığım insanlar tərəfindən də təşəkkür zəngləri gəlməyə başladı".

M.Kazımov toylarda bu mahnının sədaları altında rəqs etmək məsələsinə də öz münasibətini bildirib:

“Toyda bu mahnı sədaları altında rəqs edilmə məsələsinə də bir aydınlıq gətirim. Mahnını bir var sevincdən oynasınlar, bir də var kədərdən, yanğıdan oynasınlar. Bu kədərli notlar üzərində köklənən bir mahnıdır. Ona görə də bu mahnı ifa olunanda rəqs etmək məqsədəuyğun deyil. Biz altı ildə buna nail ola bildik və insanlar daha rəqs etmirlər. Amma bəzi istisnalar hər zaman ola bilər. “Laçınım mənim” mahnısını ən azı dinləmək olar. Onu da qeyd edim ki, bu mahnı artıq insanlar arasında bir himnə də çevrilib“.

 



Könül Səid  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür