Modern.az

Birinci ledinin anası ölüb, prezident Qarabağa gəlir

Birinci ledinin anası ölüb, prezident Qarabağa gəlir

9 İyul 2012, 15:16

Modern.az erməni mətbuatına istinadən bildirir ki, Ermənistan prezidenti Serj Sərkisyanın Dağlıq Qarabağın mərkəzi şəhəri Xankəndində yaşayan qaynanası ölüb.

Ermənistanın 1-ci ledisi Rita Sərkisyanın anası Amaliya Dadayan uzun sürən xəstəlikdən sonra 82 yaşında dünyasını dəyişib.
Erməni mətbuatının məlumatına görə, prezident Sərkisyanın dəfn mərasimində iştirak etmək üçün Qarabağa gələcəyi gözlənilir. Dəfnin iyulun 11-də Xankəndi şəhərində olacağı bildirilib.

Sərkisyan ailəsi İrəvana Qarabağdan gedib. Ermənistan prezidenti Serj Sərkisyan Qarabağın işğalında xüsusi rolu olan Qarabağ ermənilərindən biridir. Xankəndində (keçmiş Stepanakert) anadan olan Serj uzun illər burada yaşayıb, Qarabağı işğal etdikdən sonra öz silahdaşı Robert Köçəryanla birgə Ermənistanda da hakimiyyəti ələ keçirməyə nail olublar.
Qarabağ müharibəsində Serjə və onun silahdaşlarına dəstək verənlərdən biri də indiki prezidentin həyat yoldaşı Rita Sərkisyan olub.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi