Modern.az

Daşaltı əməliyyatından 18 il ötür

Daşaltı əməliyyatından 18 il ötür

Ölkə

25 Yanvar 2010, 12:08

st1:*{behavior:url(#ieooui) }

Yanvarın 25-də Şuşa rayonunun Daşaltı kəndində 1992-ci ildə keçirilmiş uğursuz hərbi əməliyyatın 18-ci  ili tamam olur. Uğursuz Daşaltı əməliyyatında şəhid olanlar, əsir və itkin düşənlər digər facilərimizin qurbanları kimi heç vaxt unudulmamalıdır.

Şuşa ilə Laçın arasında strateji əhəmiyyətə malik ərazi olan Daşaltı kəndi Qarabağ mühəribəsi zamanı yaşanan ən böyük faciələrdən birinə şahidlik edib. 1992-ci ilin əvvəlində Şuşa ilə əlaqənin tam kəsilməsi qorxusu var idi. Kərkicahan işğal olunandan sonra Ağdamdan Şuşaya gələn yol bağlanmışdı. Yeganə Laçın yolu qalırdı ki, onu da Daşaltı kəndini zəbt etmiş ermənilər atəş altında saxlayırdılar. Ermənilərin hücumlarının qarşısını almaq üçün Daşaltı kəndi istiqamətindən xüsusi əməliyyat hazırlanıb.

Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Əməliyyatda o vaxt yenicə yaranan Azərbaycan ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin özünümüdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin səhvi nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan bölmələri düşmənin pusqusuna düşüb. Təxminən 150 hərbçimizin iştirak etdiyi əməliyyatın qurbanları barədə bu gün də dəqiqləşdirmələr aparılmaqdadır. Uğursuz Daşaltı əməliyyatında təxminən 70-ə yaxın əsgər və zabitimizin şəhid olduğu, 55 hərbçimizin itkin düşdüyü, 9 nəfərin isə əsir götürüldüyü barədə şahid ifadələri var. Qeyd edək ki, sözügedən əməliyyatda iştirak edənlərin hamısı könüllülər idi. Hadisədən sonra beynəlxalq təşkilatların iştirakı ilə olay yerinə baxış keçirilsə də, həlak olduğu güman edilən 64 soydaşımızın meyiti tapılmayıb.

Həmin əməliyyatın uğursuzluğa uğramasının səbəblərini təhlil edən hərbçilərimiz bundan nəticə çıxarmalı və düşmənlə mübarizədə bir də belə səhvə yol verməməlidirlər. Daşaltı əməliyyatı qurbanlarının ailə üzvləri bildirirlər ki, onlar 18 ildir sarsıntı və mənəvi gərginlik içərsində yaşayırlar.

Bakıdakı Şəhidlər xiyabanında Daşaltı şəhidlərinə xatirə lövhəsi qoyulub. Hər il faciənin ildönümündə Daşaltı əməliyyatı qurbanlarının ailə üzvləri bu kiçik abidəni ziyarət edirlər, amma təskinlik tapmırlar...

Adəm Qorxmaz

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir