Modern.az

Amaci Bakıya niyə gəlmədi? - Space-dən açıqlama

Amaci Bakıya niyə gəlmədi? - Space-dən açıqlama

Mədəni̇yyət

10 İyul 2012, 18:03


Space telekanalı Azərbaycanda böyük populyarlıq qazanmış “Bu zalım dünyada doğulma” (“Amaci”) serialının yayımını mayın 1-də dayandıranda, az qala ölkə əhalisinin yarısı narazılıq etdi. Sonradan telekanal tamaşaçıların könlünü almaq üçün serialın baş qəhrəmanı, Amaci rolunu oynayan aktrisa Mehna Kaur Malikin tezliklə Bakıya gələcəyini bəyan etdi. Hətta aktrisa da özünün Facebook-dakı şəxsi səhifəsində Bakıya gələcəyini yazmışdı. Bu xəbər Azərbaycandakı Amacisevərləri sevindirsə də, aktrisanı Bakıda görmək istəyənlərin arzusu hələ də reallaşmayıb.

Serial qəhrəmanının nəhayət paytaxtımızda olub-olmayacağını öyrənmək üçün Space telekanalının “Amaci”yə həsr etdiyi verilişin aparıcısı Mikayıl Güləddinoğlu ilə əlaqə saxladıq.

Aparıcı Modern.az-a bildirdi ki, Amaci Bakıya gəlməyəcək: “Milli Televiziya və Radio Şurasının qərarı ilə əcnəbi serialların yayımına qadağa qoyuldu. Buna görə də Amacinin ölkəyə  gəlməsi mümkün olmadı. Bizim planımızda bu var idi. Hətta biz anonsları da verdik, danışıqlar da oldu. Amma Teleradio Şurasının əcnəbi seriallara qoyduğu qadağadan sonra, biz də Amacini Bakıya gətirməyi lazımsız bildik. Çünki onun gəlişi serialın yenidən gündəmə gəlməsi demək olacaqdı”.

Aparıcı deyib ki, Azərbaycan tamaşaçısı artıq hindistanlı Amacini unutmalıdır, çünki digər telekanallar kimi Space də yerli seriallar çəkməklə, necə deyərlər "öz Amacimiz"in istehsalı ilə məşğuldur. Və həmin seriallar tədricən ekranlarda yayımlanacaq...

Nihadə Eyyubova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır