Modern.az

AMEA-nın Naxçıvan Bölməsində “İran otağı” açılıb

AMEA-nın Naxçıvan Bölməsində “İran otağı” açılıb

Mədəni̇yyət

25 Yanvar 2010, 15:07

AMEA-nın Naxçıvan Bölməsi tərəfindən İran universitetlərindəki tarixi və arxeoloji sənədlərin araşdırılması üçün yaradılmış şəraitin sadələşdirilməsi məsələləri ilə əlaqədar razılıq əldə edilib. Modern.az-ın məlumatına görə, bu barədə AMEA-nın mətbuat xidməti xəbər verib.

İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami və İranın Naxçıvan MR-dəki baş konsulu Məhəmməd Təbatəbayi AMEA Naxçıvan Bölməsində olublar.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İcmayıl Hacıyev qonaqlara Naxçıvanın bəşər tarixinin ən qədim yaşayış məskənlərindən biri olması, tarixin zaman-zaman yetirdiyi böyük şəxsiyyətləri, həmçinin AMEA Naxçıvan Bölməsinin yaranma tarixi, onun strukturu, fəaliyyəti və bölmənin institutları haqqında ətraflı məlumat verib.

Görüş zamanı universitetlərarası əməkdaşlıq əlaqələrinin inkişafı üçün proqramın hazırlanması, elm və mədəniyyət sahəsində potensialın öyrənilməsi, fars dilinin Naxçıvan universitetlərində tədrisinin genişləndirilməsi kimi məsələlər də müzakirə olunub. Görüşdən sonra AMEA Naxçıvan Bölməsində “İran otağı”nın açılışı olub.

Səfir Naxçıvan Dövlət Universitetinin rektoru akademik İsa Həbibbəyli ilə də görüşüb.

AMEA Naxçıvan Bölməsinə səfərindən çox razı qaldıqlarını ifadə edən İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami və İranın Naxçıvan MR-dəki baş konsulu Məhəmməd Təbatəbayi səmimi görüşə görə AMEA Naxçıvan Bölməsinin sədrinə öz minnətdarlıqlarını bildiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir