Modern.az

Türklər Batumini işğal etdi

Türklər Batumini işğal etdi

Dünya

13 İyul 2012, 12:29

Gürcüstanın Acarıstan Muxtar Respublikasında son iki ildə 25 min türkə vətəndaşlıq verilməsi böyük mübahisə və müzakirəyə səbəb olub.

Muxtar respublika müxalifəti "Türklərin Batumini ələ keçirdiklərini" iddia edərək, türklərə vətəndaşlıq verən hökuməti sərt tənqid edirlər.
Müxalifətdəki milliyyətçi Kartılı Dasi Partiyasının baş katibi, deputat Jondi Baqaturia, Türkiyədə Batuminin 100 il əvvələ qədər türklərə məxsus olduğunu düşünən radikal güclər olduğunu bildirib. Bu qrupların dəstəklədiyi türklərin oktyabr ayında Gürcüstanda reallaşacaq parlament seçkilərində güc qazana biləcəyini ifadə edən Baqaturia, "Yeni bir Abxaziya, ya da Cənubi Osetiya hadisəsi ilə qarşılaşa bilərik" deyib. Baqaturia türklərin getdikcə Batumiyə yerləşdiyini, müxtəlif iş yerləri açaraq hər yerə Türkiyə bayraqları asdıqlarını söyləyib.
İqtidar partiyasından bir deputat isə tənqidlərə "Prezident Saakaşvili ölkəsinin Türkiyə əyalətinə çevrilməsinə izn verməz" deyə cavab verib.

Qeyd edək ki, Acarıstan Muxtar Respublikasının əhalisi təxminən 370 min nəfər, Batuminin əhalisi isə 120 min nəfərdir  

Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi