Modern.az

Ədliyyə Nazirliyi QHT-lərin məlumat bazasını yaradır

Ədliyyə Nazirliyi QHT-lərin məlumat bazasını yaradır

Qarabağ

25 Yanvar 2010, 16:19

Ədliyyə Nazirliyi Azərbaycan Respublikası Hökuməti Beynəlxalq İnkişaf Assosiasiyasından "Ədliyyə Sisteminin Müasirləşdirilməsi" Layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar aldığı kredit vəsaitlərinin bir hissəsinin məsləhətçi xidmətlərinin maliyyələşdirilməsinə yönəltmək niyyətindədir.

Xidmətlərə Azərbaycan Respublikasında fəaliyyət göstərən Qeyri-kommersiya hüquqi şəxslərin  (QHT) qeydiyyatı və idarəedilməsi üzrə məlumat bazasının təhlili, layihələndirilməsi və yaradılması daxildir. Modern.az-ın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən xəbər verilib. Nazirlikdən bildirilib ki, QHT-lərin cari sayı təxminən 4000-dir və bu qurumlarla əlaqədar olan şəxslər haqqında məlumatların yaradılacaq məlumat bazası vasitəsilə idarə olunacağı gözlənilir. Xidmətlərə işçi heyətin təlimi (təxminən 80 nəfər üçün), sistemin sınaqdan keçirilməsi və onun Nazirlik tərəfindən texniki avadanlıqlarla təmin olunması daxildir.

Tapşırığın icra müddəti 6 aydır.

Ədliyyə Nazirliyi məsləhətçiləri müsabiqədə iştirak edərək xidmətlərin göstərilməsinə marağını nümayiş etdirməyə dəvət edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir