Modern.az

Xalq şairinin heç yerdə dərc olunmayan şikayətli ŞEİRİ

Xalq şairinin heç yerdə dərc olunmayan şikayətli ŞEİRİ

14 İyul 2012, 13:05


Xalq şairi, “İstiqlal” ordenli və uzun müddət müxtəlif vəzifələrdə çalışmış Nəbi Xəzri 2002-ci ildə insult keçirmiş, nəticədə ayaqları tutulmuşdu. Bundan təsirlənən şair ömrünün son illərində “Ayaqlarım” adlı şeir yazıb. Şeir heç yerdə çap edilməyib. Şairin ailəsi onu Modern.az-a təqdim edib.

Ayaqlarım

Mən dünyanı addım-addım dolaşmışam.

İndi baxmır sözlərimə ayaqlarım.

Çay keçmişəm, göl üzmüşəm, dağ aşmışam,

Həsrət qalıb izlərimə ayaqlarım

Əldə əsa əsə-əsə yeriyirəm,

Yıxılıram, qan içində ayaqlarım.

Dostlar görür, xəcalətdən əriyirəm,

Hardasınız, siz ey mənim dayaqlarım, ayaqlarım!

Duyuram ki, çəmənlərim çiçək-çiçək,

Gəl-gəl deyir, oylaqlarım, yaylaqlarım.

Yəqin məzar evindəcə cütləşəcək

Bu dünyaya qoşa gələn ayaqlarım.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi