Modern.az

Bunları bilmək MARAQLIDIR - I

Bunları bilmək MARAQLIDIR - I

İqtisadiyyat

14 İyul 2012, 17:23

1. Fədai Təbrizinin (XVI əsr) «Bəxtiyarnamə» poeması Təbrizdə, onun şəxsi arxivində saxlanılır.

2. Ukrayna şəhəri Odessa 1795-ci ilə qədər Hacıbəy adlanırdı.

3. Diametri 2 m olan nəhəng su zanbağı - «Viktoriya Amazonka» balaca bir uşağı üstündə saxlaya bilir.

4. Əncir ağacının çiçəyi meyvəsinin içində olur.

5. Bütün ömrünü evkalipt ağacında keçirən koala ölümünün yaxınlaşdığını hiss edəndə ağacdan torpağa enir.

6. İlk teatr qədim Yunanıstanda yaranıb. O vaxtlar faciəvi rol oynayan aktyorlar kədərli, komik rol oynayan aktyorlar isə şən maska taxırdılar. Teatr rəmzi olan maskalar belə yaranıb.

7. Göy qurşağı yerdən yarımdairə, təyyarədən isə dairə şəklində görünür.

8. Dünyada işıqdan sürətli heç nə yoxdur. Onun surəti saniyədə 300000 km-dir.

9. Hava olmadığına görə Ayda səs yayılmır.

10. Enerji yunancadan tərcümədə iş, fəaliyyət deməkdir.

11. İmperator pinqvinləri suda 265 m dərinliyə baş vura bilirlər.

12. İran xalqına məxsus Çehil Tulti kitabı «1001 gecə» nağılları əsasında qələmə alınmış və 40 nağıl daxil edilmiş.

13. Cins parçadan ilk dəfə gəmi yelkəni hazırlanıb.

14. Malta ölkəsində həftə günlərinin adları ərəb, ayların adları isə İtaliya dillərindən alınma sözlərlə ifadə olunur.

15. Dünyada ən böyük arxipelaq İndoneziyadır.

16. İlk məktəb zəngini şüşədən Pifaqor hazırlamışdır.

17. E.ə. II əsrdə Misir fironu İran şahlarından II Kambiz elan edilmişdir.

18. «Mədəni» sözü Mədinə sözündən götürülərək «şəhərli» deməkdir.

19. Kalka kağızının hazırlanmasında yarımfabrikat kimi batist parçasından istifadə edilir.

20. Kirpi ilin 236 gününü yatır.

21. Qərənfili və qızılgülü eyni güldana qoyduqda ətirləri itir.

22. Fotoaparat yeni yarandığı vaxtda şəkil çəkdirənlər onun qarşısında 20 dəq. dayanmalı olurdular.

23. Yunan və gürcü əlifbasında böyük hərf yoxdur.

24. İlk üstüörtülü hovuz 1742-ci ildə Londonda inşa edilib.

25. Fildə 35, itdə 39, quşlarda 42 rəqəmi bədən temperaturudur.

26. İlk eskalator 1911-ci ildə Londonda açılmışdır.

27. Görkəmli səyyah Tur Heyerdal səfərə çıxanda aclığını yatırmaq üçün özü ilə həmişə qoz götürürmüş.

28. Ayay adlı meymun cinsinin boyu 40, quyruğu 60 sm olur, həşəratlarla qidalanır.

29. Hindistanda matəm və hüzn rəngi ağ rəngdir.

30. Çin otellərində xidmətçilərə «çay pulu» vermək təhqir sayılır.

31. Azərbaycanın işğal faktını ilk dəfə ədəbiyyata «Gülzar» hekayəsilə Cəfər Cabbarlı gətirmişdir.

32. Keçmişdə arpa (1 karat) ən kiçik çəki vahidi hesab olunurdu.

33. Karfogen sərkərdəsi Hannibalın evini mühasirəyə alan romalıların əlinə keçməsin deyə o, özünü zəhərləyərək öldürüb.

34. Hindistanda bitən Kennel ağacının meyvəsini yeyən insanlar fialka ətri saçır.

35. Orizona statının milli parkına daxil olan hər kəsin üzərinə azanda tapılması üçün xüsusi aerozol vururlar.

36. «Aptek» sözü yunan dilindən olub «anbar» deməkdir.

37. Ekvalipt ağacının yarpaqları günəşə doğru çevrildiyi üçün kölgə əmələ gətirmir.

38. Heyvanlardan ən çox susuz qala bilən siçandır.

39. Baobab ağacı odda yanmır.

40. İngilis ekoloqlarının təklifilə yaxın gələcəkdə avtomobillərdə yanacağı şokoladla əvəz etmək planlaşdırılır.

Ardı var

Toplayıb təqdim etdi: Salatın Əhmədli

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...