Modern.az

III qrupun abituriyentləri üçün keçid balı aşağı salınacaq?

III qrupun abituriyentləri üçün keçid balı aşağı salınacaq?

16 İyul 2012, 01:17

2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə iyulun 14-də keçirilmiş qəbul imtahanının nəticələri üçün cavab kartları emal olunur.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bəyan edib ki, abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727  nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər. 

TQDK-nın məlumtına görə, imtahanda iştirak etməli olan 30831 abituriyentdən 1100 nəfər imtahana gəlməyib.

Nəticələrin açıqlanmasını böyük həyəcan və səbirsizliklə gözləyən abituriyentlər bir suala da cavab sorağındadırlar: III ixtisas qrupu üzrə ixtisas seçimində müsabiqəyə minimal keçid balı aşağı salınacaqmı?

TQDK hələlik bu suala birmənalı cavab verməyib. Müsabiqəyə minimal keçid balı aşağı salına da bilər, salınmaya da. Bu, abituriyentlərin nəticələrindən asılı olacaq.

Xatırladaq ki, ötən  III ixtisas qrupu üzrə ixtisas seçimində müsabiqəyə minimal keçid balı 300-dən 250-yə aşağı salınmışdı. Nəticədə ən azı 250 bal toplayıb dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər ixtisas seçimində müsabiqəyə buraxılmışdılar.

Hələlik bəlli olan odur ki, III ixtisas qruplarında müsabiqəyə ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılacaqlar. Amma qeyd etdiyimiz kimi, balların aşağı salınmasını gözləyənlər üçün sürpriz xəbər də açıqlana bilər.

İxtisas seçimi bütün ixtisas qrupları üzrə abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra - avqustun 7-dən 16-dək aparılacaq. 

Modern.az
                            

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar