Oktyabrın 5-dən 10-dək Bakı şəhərində Beynəlxalq İslam kulinariya festivalı keçiriləcək. Bu barədə Modern.az-a Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
“Bakı - İslam mədəniyyətinin paytaxtı – 2009” layihəsi çərçivəsində keçiriləcək festivalda İslam ölkələri ilə yanaşı, İslandiya, Serbiya və MDB dövlətlərindən də kulinarlar iştirak edəcəklər. Bakı İdman Sarayında təşkil olunacaq festivalın iştirakçıları kulinariya sahəsində 9 nominasiya üzrə öz bacarıqlarını nümayiş etdirəcəklər. Qalibləri Beynəlxalq Kulinarlar Federasiyasının nümayəndələrindən ibarət münsiflər heyəti müəyyənləşdirəcək.