Modern.az

Naftalanın yeni icra başçısı Modern.az-a danışdı

Naftalanın yeni icra başçısı Modern.az-a danışdı

Ölkə

25 Yanvar 2010, 19:15

Prezident İlham Əliyevin yanvarın 25-də imzaladığı sərəncamla Naftalan şəhəri İcra Hakimiyyətinin başçısı dəyişidirilib. Musa Musayev bu postdan azad olunub, onun yerinə Natiq Aslanov təyin edilib. Naftalan şəhəri İcra Hakimiyyətinin yeni başçısı Natiq Musa oğlu Aslanov Goranboyun Qaşaltı kəndində doğulub. Modern.az saytı Naftalan şəhərinin yeni icra başçısı Natiq Aslanovla əlaqə yarada bilib. N.Aslanov saytımıza bildirib ki, o, 1976-cı il təvəllüdlüdür, Kənd Təsərrüfatı Akademiyasını bitirib. Son iş yeri isə özəl tikinti firması olub.  N.Aslanov əməkdaşımızla söhbətdə deyib ki, icra başçısı vəzifəsi məsuliyyətli işdir və o, dövlət başçısının etimadını doğrultmağa çalışacaq. Natiq Aslanovun sözlərinə görə, hər bir naftalanlının probleminə öz problemi kimi yanaşacaq.  Aqil Aslan

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi