Modern.az

“Xoş gəldin, turist kürəkən” – bu ölkədə qızlar varlı turistlərlə evləndirilir

“Xoş gəldin, turist kürəkən” – bu ölkədə qızlar varlı turistlərlə evləndirilir

İqtisadiyyat

16 İyul 2012, 18:40

Misirdə yetkinlik yaşına çatmayan qızlar ölkəyə gələn varlı turistlərlə pul qarşılığında müvəqqəti evləndirilir. Modern.az “İndependent on Sunday” qəzetinə istinadən xəbər verir ki, yay evliliyi adlandırılan bu evlilik qanun normaları çərçivəsində həyata keçirilmir. Yəni yay tətillərini bitən əcnəbi kürəkənlər ölkələrinə qayıtdıqda evliliklər də sona çatır.

ABŞ Dövlət Departamentinin insan alveri ilə bağlı hazırladığı hesabata görə, Misirdə  kasıb ailələr öz qızlarını pul qarşılığında ölkəyə gələn turistlərlə, xüsusilə də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveytdən gələn qonaqlarla evləndirirlər. Əcnəbilər ailəyə pul və yaxud cehiz üçün hədiyyələr verirlər. Məlumatda bildirilir ki, bu pul 380-3800 dollar arasında dəyişir.

Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?