Modern.az

“Biri bu videonu Bəşər Əsədə göstərsin" - Qəddafinin yeni VIDEOsu yayılıb

“Biri bu videonu Bəşər Əsədə göstərsin" - Qəddafinin yeni VIDEOsu yayılıb

17 İyul 2012, 18:50

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin öldükdən sonra ilk dəfə yeni görüntüləri yayımlanıb. Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, devrilmiş liderin öldürülmədən öncə çəkilən video görüntü Suriyalı bir gənc tərəfindən Twitter-də yerləşdirilib.

Videoda ötən ilin oktyabr ayında öldürülən Qəddafinin cəsədi üzərində qeyri-etik hərəkətlər edilir. Görüntülərin Qəddafinin ölümündən bir müddət keçdikdən sonra çəkildiyi bildirilir.
Videonu Twitter-də paylaşan şəxs “biri bu videonu Bəşər Əsədə göstərsin" deyə qeyd edib.

Qeyd edək ki, Müəmmər Qəddafi 2011-ci il oktyabrın 20-də vətəni Sirtdə Milli keçid Şurası əsgərləri tərəfindən linç edilərək öldürülüb. 


 

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı