Modern.az

İranda qadınlara qarşı “qəlyan” əməliyyatı

İranda qadınlara qarşı “qəlyan” əməliyyatı

17 İyul 2012, 15:42

İranda qadınların qəlyan çəkməsi qadağan ediləndən sonra polis Tehranda geniş miqyaslı əməliyyatlara başlayıb. Modern.az-ın xarici ölkə mətbuatına istinadən verdiyi məlumata görə, polis bu istiqamətdə gücləndirilmiş rejimdə çalışaraq qadınların qəlyan çəkdikləri obyektləri bağlayır. Artıq bir neçə gün ərzində 87 restoran və kafe bağlanıb.

Əməliyyatlar zamanı islami qaydalara uyğun geyinməyən qadınlar da saxlanılaraq polis bölmələrinə aparılır. İran rəsmi dairələri qadınlara xəbərdarlıq edərək  xəlvəti qəlyan çəkən və qəlyanxanalara gedən qadınların sərt cəzalandırılacağını bildirib.

Qeyd edək ki, hakimiyyətin qadınlara qarşı bu davranışı bir çoxları tərəfindən etirazla qarşılanıb. Hazırda polisin qadınlara qarşı başlatdığı “qəlyan” əməliyatı davam edir.

Anar RÜSTƏMOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir