Modern.az

Pulsuz səhiyyənin pullu tərəfləri

Pulsuz səhiyyənin pullu tərəfləri

26 Yanvar 2010, 11:46

st1:*{behavior:url(#ieooui) }

QADIN MƏSLƏHƏTXANALARINDA QADINLAR NECƏ "SOYULUR"? Analıq xöş­bəxt­li­yinə na­il ol­maq qa­dın­la­rın demək olar ki, ən bö­yük ar­zu­su­dur. Am­ma bu gün ana­lıq se­vin­ci­ni ya­şa­maq o qə­dər ba­ha ba­şa gə­lir ki…

 

Rüş­və­tin fə­sad­la­rı 

Dövlət səhiyyə müəssisələrində digər tibbi xidmətlərlə yanaşı, qadınların ha­mi­lə­lik döv­rün­də və ondan sonrakı müddətdə müa­yi­nəsi, uşağın dün­ya­ya gə­tiril­mə­si qa­nun­la pul­suz ol­sa da, bu pro­se­dur­la­rı keç­mək üçün rüş­vət tə­ləb olunur. Elə bu sə­bəb­dən də qa­dın­la­rın ço­xu ha­mi­lə­lik döv­rün­də qa­dın məs­lə­hət­xa­na­larına getmirlər. Tibb mü­əs­si­sə­lə­rin­də rüş­vət fak­to­ru Azər­bay­can ai­lə­lə­rin­də uşaq­la­rın xəstəlik və fiziki qüsurlarla doğulmasına da tə­sir gös­tə­rir. Gələcək ana­la­rın ha­mi­lə­lik döv­rün­də tib­bi müa­yi­nə­dən keç­mə­mə­lə­ri son­ra­dan prob­lem­lə­rin ya­ran­ma­sı­na yol açır. BMT-nin Əha­li Fon­du­nun he­sab­la­ma­la­rı­na gö­rə, Azərbaycan qa­dın­la­rının 60-80 fai­zi ha­mi­lə ol­duq­la­rı müd­dət­də məs­lə­hət­xa­na­la­ra get­mir­lər. Bu isə on­la­rın gə­lə­cək öv­lad­la­rı­nın fi­zi­ki və əq­li qü­sur­lar­la dün­ya­ya gəl­mə­si­nə və ölü­mü­nə sə­bəb olur.

BMT-nin və baş­qa bey­nəl­xalq qu­rum­la­rın mə­lu­ma­tı­na gö­rə, Azər­bay­can­da dün­ya­ya ana və körpə ölümünün səviyyəsi hələ də yüksək olaraq qalır.

BMT Əha­li Fon­du mü­tə­xəs­sis­lə­ri­nin qə­naə­ti­nə gö­rə, öl­kə­də  ha­mi­lə­lik və do­ğuş za­ma­nı baş ve­rən ne­qa­tiv hal­la­rın qar­şı­sı­nı al­maq üçün təd­bir­lə­rin gö­rül­mə­si­nə cid­di eh­ti­yac var. Bu­nun üçün ha­mi­lə qa­dın­lar müt­ləq tib­bi və ge­ne­tik müa­yi­nə­lər­dən keç­mə­li­dir­lər.

 

73 manat 40 qəpiyi hazırlayın

 

Gö­rə­sən ha­mi­lə qa­dın­la­rı­mı­zı qa­dın məs­lə­hət­xa­na­la­rın­dan yan qaç­ma­ğa məc­bur edən sə­bəb do­ğur­dan­mı rüş­vət fak­to­ru­dur?

Bu sua­la ay­dın­lıq gə­tir­mək məq­sə­di­lə üz tut­duq bir ne­çə qa­dın məs­lə­hət­xa­na­sı­na. Əv­vəl­cə yo­lu­mu­zu Nə­ri­ma­nov ra­yo­nu əra­zi­sin­dəki 7 say­lı qa­dın məs­lə­hət­xa­na­sın­dan sal­dıq.

Bu­ra­da gi­ne­ko­lo­ji ka­bi­net­lə­rin qar­şı­sın­da göz­lə­yən ha­mi­lə qa­dın­lar­la söh­bət­lə­şib, müa­yi­nə­lər­dən keç­mək üçün pul tə­ləb olu­nub-olun­ma­dı­ğı­nı öy­rən­mə­yə ça­lış­dıq.

Südabə ad­lı xa­nım­la söh­bətdənı öy­rən­dik ki, əs­lin­də tibb mü­əs­si­sə­si pul­suz xid­mət gös­tər­sə də, hər müa­yi­nə­nin öz haq­qı var: "H­ami­lə­si­niz­sə, ilk növ­bə­də qan­da­kı in­fek­si­ya­la­rın tə­yi­ni üçün ana­liz ver­mə­li­si­niz. Bu la­bo­ra­tor müa­yi­nə­nin qiy­mə­ti 32 ma­nat 40 qə­pik­dir. Daha son­ra xəs­tə qan­da şə­kə­rin, he­moq­lo­bi­nin tə­yi­ni üçün la­bo­ra­tor müa­yi­nə­dən ke­çir. Bu ana­liz­lə­rə gö­rə isə 4 ma­nat tə­ləb olu­nur. Qan­da  lax­ta­lan­ma­nın sə­viy­yə­si­ni də­qiq­ləş­dir­mək üçün isə 2 ma­nat ödə­mək lazımdır. Daha son­ra ha­mi­lə qa­dın nə­cis­dən və si­dik­dən ana­liz­lər ver­mə­li­dir. Qa­dın məs­lə­hət­xa­na­la­rı­nın nəz­din­də fəa­liy­yət gös­tə­rən la­bo­ro­to­ri­ya­da 5 ma­nat bu ana­liz­lə­rə gö­rə alı­nır. Yax­ma­nın mik­ros­ko­pi­ya­sı­nın qiy­mə­ti isə 10 ma­nat­dır. H­ami­lə qa­dı­nın "Ul­tra­səs" (UZİ) müa­yi­nə­sin­dən keç­mə­si üçün isə 7-10 ma­nat ara­sı pul tə­ləb olu­nur".

H­əm­söh­bə­ti­min de­di­yi­nə gö­rə, bu yox­la­ma­lar­dan keç­dik­dən son­ra ana ol­ma­ğa ha­zır­la­şan qa­dın tək­rar gi­ne­ko­lo­qun ya­nı­na gedir. La­bo­ra­tor müa­yi­nə­lə­rin nə­ti­cə­lə­ri­nə gö­rə, res­ept ya­zan hə­ki­mə ən azı 10 ma­nat "hör­mət" edil­mə­li­dir.

Be­lə­lik­lə ha­mi­lə qa­dı­n bir də­fə tib­bi müa­yi­nə­dən keç­mə­yə görə 73 ma­nat 40 qə­pik pul xərcləyir.  “Re­ak­ti­və pul ve­ri­rik”

 

Nə­si­mi ra­yo­nun­da­kı 1 say­lı qa­dın məs­lə­hət­xa­na­sın­da da ha­mi­lə qa­dın­lar müa­yi­nə­lə­rə gö­rə pul tə­ləb olun­du­ğu­nu giz­lət­mə­di­lər. "Ba­şı­na ə­lən baş­maq­çı olar" de­yən Gülmirə adlı qadın ar­tıq ikin­ci də­fə­dir ki, qa­dın məs­lə­hət­xa­na­la­rın­da tib­bi per­son­a­la pul pay­la­dı­ğı­nı bil­dir­di: "Qiy­mət­lə­ri əz­bər­lə­mi­şəm. Pul ver­mə­sən də ke­çin­mək ol­mur. Bu elə bir mə­sə­lə­dir ki, söh­bət uşa­ğın gə­lə­cək ta­le­yin­dən ge­dir. Ana­li­zə pul ver­mə­sən dil­lə­ri ilə de­yir­lər ki, səhv çı­xa­ra­ca­ğıq. "UZİ" hə­ki­mi­nə hör­mət et­mə­sən, uşa­ğın ba­şı­nın, çə­ki­si­nin öl­çü­sü­nü de­mir. Naə­lac qa­lıb is­tə­yə­nə "hör­mət" edi­rik ki, əziy­yə­ti­miz he­çə çıx­ma­sın. Am­ma elə qa­dın­lar ta­nı­yı­ram ki, pu­lu ol­ma­dı­ğı­na gö­rə, qa­dın məs­lə­hət­xan­sı­na gə­lib vax­tı-vax­tın­da yox­la­na bil­mir. Be­lə­lə­ri­nin də bət­nin­də­ki kör­pə ya 9 aya çat­mır, ya­xud­ da ölü do­ğu­lur".

Bu Qa­dın məs­lə­hət­xa­na­sın­da qan­da in­fek­si­ya­la­rın tə­yi­ni üçün nə qə­dər pul alın­dı­ğı­nı öy­rən­mək məq­sə­di­lə pasiyent ki­mi mü­ra­ci­ət et­dik. Tibb mü­əs­si­sə­sin­dən bi­zə bil­dir­di­lər ki,

Rubella 1 G

Nerres Simrlex 1 G      

Nerres Simrlex 1 M

Nerres Simrlex 2 G

Nerres Simrlex 2 M

Sitomeqalovirus G

Sitomeqalovirus G

Toksorlazmoz G

Toksorlazmoz M

Listerioz

Xlamidoz G

Xlamidoz M

Bruselyoz

in­fek­si­ya­la­rı­na gö­rə müa­yi­nə üçün 33 ma­nat pul ödə­nil­mə­li­dir. Müa­yi­nə­lə­rin pul­suz ol­du­ğu­nu söy­lə­dik­də isə, tibb iş­çi­si bi­zə "ana­li­zi apar­maq üçün re­ak­tiv­lə­rə bir ətək pul ve­ri­rik, ona gö­rə də pa­si­yent­lər­dən pul alı­nır" ca­va­bı­nı ver­di.

Qeyd edək ki, qa­dın məs­lə­hət­xa­na­la­rı­nın hər bi­rin­də ana­liz üçün pul tə­ləb olun­ma­sı­nın sə­bə­bi­ni, tibb mü­əs­si­sə­si­nin öz pu­lu ilə re­ak­tiv al­ma­sı ilə izah et­di­lər.

 

Qeydiyyat əngəli

 

Hamilə qadınlarla söhbət zamanı onu da öyrəndik ki, müayinələr üçün pul vermədikləri təqdirdə qeydiyyata almırlar. Aynur adlı xanımın sözlərinə görə, belə halda hamilə qadını məcbur edirlər ki, pasport qeydiyyatında olduğu ünvanda qeydiyyata düşsün. Bu isə çox vaxt mümkün olmur. Bəzilərinin Bakıda qeydiyyatı yoxdur, ona görə də, məcbur olub müayinə, qan analizləri üçün tələb olunan məbləği ödəyirlər.  

"Özəl"ə gön­də­riş

 

Be­lə­lik­lə bir ha­mi­lə qa­dı­nın la­zı­mi tib­bi müa­yi­nə­lər­dən keç­mə­si üçün nə qə­dər pul tə­ləb olun­du­ğu­nu ki­çik araş­dır­ma za­ma­nı üzə çı­xart­dıq. Am­ma xa­tır­la­daq ki, "H­ami­lə­li­yin Tə­qib Proq­ra­mı"nın tə­ləb­lə­ri­nə gö­rə, ha­mi­lə qa­dın ha­mi­lə­li­yi tə­yin ol­undu­ğu gün­dən baş­la­ya­raq, bu döv­rün ba­şa çat­dı­ğı zamana qə­dər müa­yi­nə­lə­rə cəlb olun­ma­lı­dır. Bey­nəl­xalq stan­dart­la­ra gö­rə, ha­mi­lə qa­dın­la­rın bu müd­dət­də müa­yi­nə­lər­dən keç­mə­si üçün hə­ki­mə mü­ra­ci­ət sa­yı­nın ən azı 9 də­fə ol­ma­sı­nı nə­zə­rə al­saq, xərc 9 də­fə bö­yü­yür. Yu­xa­rı­da­kı məb­ləğ­lə 9 də­fə müa­yi­nə üçün hə­ki­mə mü­ra­ci­ət edən ha­mi­lə qa­dın bu dövr ər­zin­də 820 ma­nat 40 qə­pik xərc­lə­mə­li­dir. 

Am­ma bu məb­ləğ yal­nız döv­lət sə­hiy­yə sis­te­mi­nin mü­əs­si­sə­lə­rin­də la­bo­ra­tor ana­liz­lə­rə tə­ləb olu­nur. Mə­lum­dur ki, çox vaxt gi­ne­ko­loq­lar xəs­tə­lə­ri­ni sö­zü­ge­dən la­bo­ra­tor test­lə­ri ver­mək üçün özəl tibb mü­əs­si­sə­lə­ri­nə də gön­də­rir.

On­la­rın ha­mi­lə qa­dın­la­rı gön­dər­dik­lə­ri tibb mü­əs­si­sə­lə­ri əsa­sən "Baku Medical Center", "Vital", "New Med", "Caz", "LAB" dır. Biz qa­dın məs­lə­hət­xa­na­la­rın­da olar­kən bir ne­çə be­lə fakt­la rast­laş­dıq. Mü­va­fiq ana­liz­lə­rin qeyd olun­du­ğu gön­də­riş və­rə­qə­sin­də hə­ki­min adı­nı və so­ya­dı­ gös­tə­ril­miş­di. Bu isə gi­ne­ko­loq­la­rın hə­min tibb mü­əs­si­sə­lə­ri ilə əl­bir iş­lə­di­yin­dən xə­bər ve­rir. H­ət­ta qa­dın məs­lə­hət­xa­na­sın­da­kı hə­kim­lə­rin özəl kli­ni­ka­lar­dan gön­dər­dik­lə­ri xəs­tə­lə­rin sa­yı­na uy­ğun ola­raq ay­lıq fa­iz də al­dıq­la­rı de­yi­lir.

Qeyd edək ki, bə­zi özəl tibb mü­əs­si­sə­lə­rin­də qan ana­liz­lə­ri is­tis­na ol­maq­la, yer­də qa­lan müa­yi­nə­lə­rin qiy­mət­lə­rin­də elə cid­di fərq yox­dur. Mə­sə­lən, ən ucuz özəl tibb mü­əs­si­sə­si sa­yı­lan "Nəbz" kli­ni­ka­sın­da qa­nın ümu­mi ana­li­zi­nin qiy­mə­ti 87 ma­nat­dır. Am­ma ha­mi­lə qa­dı­nın “UZİ” müa­yi­nə­sin­dən ke­çi­ril­mə­si üçün 21 ma­nat tə­ləb olu­nur.    

Nə­cis, si­dik və yax­ma­nın ana­liz­lə­ri­nin qiy­mə­ti isə 5-8  ma­nat ara­sın­da də­yi­şir. Kli­ni­ka­da rast­laş­dı­ğı­mız ha­mi­lə qa­dın­la­rın ək­sə­riy­yə­ti bu­ra­ya hə­ki­min gön­də­ri­şi ilə gəl­dik­lə­ri­ni söy­lə­di­lər. Am­ma ara­la­rın­da döv­lət la­bo­ra­to­ri­ya­la­rın­da gös­tə­ri­lən xid­mə­tin key­fiy­yə­ti­nin aşa­ğı ol­ma­sı üzün­dən özə­l klinikalara mü­ra­ci­ət et­dik­lə­ri­ni de­yən­lər də ta­pıl­dı. Kli­ni­ka­da növ­bə göz­lə­yən Kəmalə adlı xanım bil­dir­di ki, özəl kli­ni­ka­la­ra­da qiy­mət­lər döv­lət tibb mü­əs­si­sə­lə­ri ilə mü­qa­yi­sə­də ba­ha ol­sa da, in­sa­nın ürə­yi sa­kit olur: "Bu­ra­da xərc­lə­di­yim­dən bir qə­dər az döv­lət xəs­tə­xa­na­la­rın­da alır­lar. H­ələ ürə­yin­də ana­li­zin düz­gün olub-ol­ma­dı­ğı ba­rə­də şüb­hə də qa­lır. Ona gö­rə də, bir qə­dər ar­tıq xərc­lə­yib özəl kli­ni­ka­da müa­yi­nə­dən keç­mə­yə üs­tün­lük ver­mi­şəm".  

 

Müayinə və analizlər pulsuzdur

Sə­hiy­yə Na­zir­li­yin­dən isə bil­di­rir­lər ki, döv­lət tibb müəssisələrində bü­tün xid­mət­lər, elə­cə də ha­mi­lə qa­dın­la­rın tib­bi müa­yi­nə­si bü­tün qa­dın məs­lə­hət­xa­na­la­rın­da pul­suz apa­rıl­ma­lı­dır. Na­zir­li­yin mət­bu­at xid­mə­ti­nin rəh­bər Anar Qə­dir­li bizə bil­dir­di ki, bu, qa­nun­da da xü­su­si qeyd olu­nub: "Əha­li­nin sağ­lam­lı­ğı­nın qo­run­ma­sı haq­qın­da" qa­nu­nun 17-ci mad­də­sin­də" de­yi­lir: H­ər bir qa­dın ha­mi­lə­lik döv­rün­də, do­ğuş və do­ğuş­dan son­ra­kı dövr­də döv­lət sə­hiy­yə sis­te­mi­nin mü­əs­si­sə­lə­rin­də ix­ti­sas­laş­dı­rı­lı­mış tib­bi yar­dım­la pul­suz tə­min olu­nur".

Na­zir­li­yi­nin ta­be­çi­li­yin­də olan bü­tün sə­hiy­yə ocaq­la­rın­da ha­mi­lə­lik müd­də­tin­də və do­ğuş za­ma­nı pul­suz yar­dım gös­tə­ril­mə­li­dir. Hami­lə­li­yin tə­yi­ni, la­bo­ro­tor təh­lil­lər və di­aq­nos­tik müa­yi­nə­lər, do­ğu­şa ha­zır­lıq məq­sə­di­lə is­ti­fa­də olu­nan dər­man və tib­bi sərf­lər, key­sə­riy­yə əmə­liy­ya­tı və ağ­rı­sız do­ğuş za­ma­nı cər­ra­hın, ma­ma-gi­ne­ko­lo­qun, hə­kim neo­na­to­lo­qun və bu pro­ses­də iş­ti­rak edə­cək tib­bi per­so­na­lın əmək haq­la­rı, bu proq­ra­ma da­xil­dir".

Re­ka­tiv­lə­rin döv­lət tibb mü­əs­si­sə­lə­ri tə­rə­fin­dən pul­la alın­ma­sı­na gə­lin­cə, A.Qə­dir­li bu fak­tı da tək­zib et­di. Ana­liz­lər üçün re­ak­tiv­lə­rin bü­tün döv­lət tibb mü­əs­si­sə­lə­ri­nə pul­suz ve­ril­di­yi­ni söy­lə­di. Bu da Səhiyyə Nazirliyindən verilən cavab. Sözdə belə deyilir, əməldə olanları isə yolu səhiyyə müəssisələrinədn düşən hər bir kəs bilir…

 

Vüsalə Şabanova

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir