Modern.az Ria.novosti-yə istinadən xəbər verir ki, ABŞ-ın dövlət katibi Hillari Klinton işgüzar səfərlərinin və səyahət etdiyi ölkələrin sayına görə özündən əvvəl fəaliyyət göstərən 66 dövlət katibini kölgədə qoyub.
Dövlət katibinin 2009-cu ildən başlayaraq səyahətlərinin ümumi uzunluğu 1,35 mln. km-i ötəcək. Bu müddət ərzində H. Klinton 102 ölkəyə səfər edib və bu səfərlər müddətində 351 gün yolda keçirib. 64 yaşlı dövlət katibi ekvatorun uzunluğundan 3,5 min km çox, yəni 43,5 km qət edib.
Aygün Asifqızı