Modern.az

“Kitabım var, stolum yoxdur” - Tanınmışların stolüstü kitablarını siz də tanıyın

“Kitabım var, stolum yoxdur” - Tanınmışların stolüstü kitablarını siz də tanıyın

18 İyul 2012, 11:18

Sorğu iştirakçısı: “Mən yerdə oturub oxumağı çox sevirəm” 

Hər birimizin həyatında mütləq özəl bir kitab olur. Bu kitab yaxın bir dost, bir sirdaş kimi hər zaman doğru addım atmaqda bizə dəstək olur. Belə kitablar stolüstü kitablar adlanır. Stolüstü kitab mənəvi bir qida kimidir və ona hər zaman ehtiyac var. Görəsən, tanınmış insanların da belə bir sirdaşı, stolüstü kitabı varmı?

Modern.az saytı “Stolüstü kitab” rubrikasında bir neçə məhşur şəxsin stolüstü kitabları haqqında məlumatı oxuculara təqdim edir.

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova daha çox insan psixologiyasını və xarakterini açan kitabları sevdiyini və mütaliə etdiyini söylədi:

“Mənim stolüstü kitablarımın hamısı zorakılıq və insan alveri ilə bağlıdır. Bunlarla yanaşı, bəzən yola çıxanda özümlə kitablar götürürəm. Bu kitabları yola götürməyimdə səbəb də gərginliyi aradan qaldırmaq istəyidir. Voyniçi oxumağı çox sevirəm. Amma son vaxtlar sözün düzünü bədii ədəbiyyat oxumuram. Zamanın da isə kifayət qədər mütaliəm olub. İndi isə əlavə hər hansı kitabı oxumağa zamanın qalmır. Son günlər isə Facebook sosial şəbəkəsində gənclərin şeirlərinə, əsərlərinə rast gəldikcə oxuyuram. Bunlardan Elman Tovuz, Cəlil Cavanşir və başqalarının adını qeyd edə bilərəm“.

Rejissor, kinoşünas, pedaqoq Ayaz Salayev stolüstü kitabının olmadığını söylədi:

“Solüstü kitabım yoxdur, amma Nabokovun əsərlərini oxumağı çox sevirəm. Son oxuduğum kitab “Taras Bulba”dır”.  

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan öz sevdiyi stolüstü kitabları haqqında danışdı:

“Murad Adcının “Полыни Половецкого поля” kitabı. Amma ədəbiyyat, tarixi ədəbiyyat, xüsusən də türkologiya ilə bağlı kitablar, bir də Lev Qumilyovun “Qədim Türklər”  kitabı da mənim stolüstü kitablarım sırasına aid ola bilər. Son oxuduğum kitab isə etrusk türkləri ilə bağlıdır“.                       

Şair Vaqif Bayatlı qeyri-adi stolüstü kitabından danışdı:

“Bu xəyali bir kitabdır, amma mənim stolüstü kitabım yoxdur. Heç əslinə qalanda mənim kitab stolum da yoxdur, çünki mən yerdə oturub oxumağı çox sevirəm. Yazılmamış, hətta ilahidən gələn bütün kitablar hamısı onun içindədir. Belə deyək ki, bunlar mənim ruhumun kitablarıdır və Qurandan tutmuş Bibliyaya qədər hamısı onun içində cəm olub. Bu dəqiqə oxuduğum kitabın adını deyə bilmərəm, çünki kim hansı kitabı bağışlasa, onu da oxuyacam“.

Döyüş sənətləri və onların fəlsəfəsi üzrə professor, karateçi Süleyman Məmmədli stolüstü kitabının bir kitab yox, bir neçə kitab olduğunu vurğuladı:

“İbn Sinanın kitabları, minerallar və bitkilərin xassələri haqqında olan kitablar, müxtəlif ensiklopediyalar stolüstü kitablarımdır. Ən son isə şumerlərin tarixi haqqında olan kitabları oxuyuram”.

Könül Səid  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi