Modern.az

Ombudsman iş adamının həbsi iılə bağlı Baş Prokurorluqdan cavab alıb

Ombudsman iş adamının həbsi iılə bağlı Baş Prokurorluqdan cavab alıb

26 Yanvar 2010, 12:25

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Masallıda həbs olunmuş sahibkar Çingiz Həşimov və onun oğlu Yavər Həşimovla bağlı məsələnin araşdırılması üçün baş prokuror Zakir Qaralova müraciət edib. Bu barədə Modern.az-a Ombudsman aparatının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Həşimov Əlikram Yavər oğlu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovaya ünvanladığı şikayət ərizəsində qardaşı Çingiz Həşimovun və onun oğlu Yavər Həşimovun əsassız olaraq həbs olunduqlarını, barələrində başlanmış cinayət işinin qeyri-obyektiv aparıldığını qeyd edərək, məsələnin tam və obyektiv araşdırılmasında kömək göstərilməsini Ombudsmandan xahiş edib.
Müvəkkil şikayət ərizəsində əks etdirilmiş halların araşdırılması ilə bağlı Azərbaycan Respublikasının baş prokuroruna müraciət edərək, həmin halların yoxlanılmasını və nəticəsi barədə məlumat verilməsini xahiş edib.
"Baş prokurorluqdan alınan cavab məktubundan məlum olduğu kimi, Çingiz Həşimov və Yavər Həşimov 10 noyabr 2009-cu il tarixdə, saat 16.20 radələrində Masallı şəhərində yerləşən Köhnə Bazar adlanan yerdə ictimai qaydanı kobud surətdə pozan və vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmiş, əsaslı səbəb olmadan Zaur Abbasovun bədəninə xəsarətlər yetirməklə xuliqanlıq etmişlər"-deyə Ombudsman təsisatından bildirilib.
Həmçinin bildirilib ki, cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib. İş üzrə məhkəmənin hazırlıq iclası 6 yanvar 2010-cu il tarixdə keçirilibr. Habelə qeyd olunub ki, cinayət işi hazırda məhkəmənin icraatında olduğundan, cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq, Əlikram Həşimovun müraciəti baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilib. Cinayət işinin hallarının tam, obyektiv və hərtərəfli araşdırılması üçün müvafiq prosessual hərəkətlərin edilməsinin təmin olunacağı bildirilib.
Şikayət ərizəsi üzrə aparılmış araşdırmanın nəticələri barədə Əlikram Yavər oğlu Həşimova məlumat verilib.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu