Modern.az

Azərbaycan Tələbələr Birliyi beynəlxalq təşkilata tamhüquqlu üzv olub

 Azərbaycan Tələbələr Birliyi beynəlxalq təşkilata tamhüquqlu üzv olub

26 Yanvar 2010, 12:36

Azərbaycan Tələbələr Birliyi artıq bir neçə aydır ki, beynəlxalq təşkilat olan İAESTE (The International Association for the Exchange of Students for Technical Experience-Tələbələrin Texniki Təcrübəsinin Mübadiləsi Beynəlxalq Assosasiyası) ilə sıx əməkdaşlıq əlaqələri qurmağa başlayıb.

Yanvarın 26-dan etibarən Birlik adı çəkilən quruma tam hüquqlu üzv olmaqla ölkəmizi bu təşkilatda təmsil etmək hüququ qazanıb. Azərbaycan İAESTE-yə üzv olan 85-ci  ölkə kimi qeydiyyata alınıb. Məlumatı Modern.az-a  Azərbaycan Tələbələr Birliyinin mətbuat xidmətindən veriblər.

Xatırladaq ki, İAESTE bütün dünyada tələbə mübadiləsini həyata keçirən beynəlxalq təşkilatdır. “Bu ildən etibarən azərbaycanlı tələbələr xarici ölkələrin müxtəlif universitetlərində və ya biznes qurumlarında təcrübə keçmək imkanı əldə edəcəklər.

Həmçinin, xarici tələbələr də Azərbaycanda belə bir fəaliyyəti həyata keçirə biləcəklər. Bu, tələbələrə həm digər ölkələrin mədəniyyəti, məişət həyatı ilə tanış olmağa, həm xarici bir ölkədə təcrübə keçə bilməyə, həm 85 ölkədə keçərli olan beynəlxalq sertifikat əldə etməyə, həm də digər ölkələrin dillərini daha da mükəmməl öyrənməyə imkan verəcək”-deyə təşkilatın açıqlamasında bildirilib.

İAESTE Birləşmiş Millətlər Təşkilatının beynəlxalq aləmdə  tanıdığı ən böyük tələbə qurumudur. Təşkilat Avropa Birliyinin, Beynəlxalq Əmək Təşkilatının, UNESCO-nun, BMT-nin Sənaye İnkişafı Təşkilatının təhsil sahəsində birbaşa tərəfdaşıdır.

Qeyd edək ki, İAESTE-nin 22-29 yanvar 2010-cu il tarixlərində İsveçrənin Sürix şəhərində Ümumi Konfransı keçirilir. Konfransda Azərbaycan Tələbələr Birliyinin baş katibi Vüqar Rüstəmli iştirak edir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər