Modern.az

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib

Parlament

26 Yanvar 2010, 13:12

Milli Məclisin Aqrar siyasət komitəsinin 2010-cu il yaz sessiyasında qanunvericilik işləri planına  bir sıra məsələlər daxildir. Modern.az xəbər verir ki, komitənin məlumatına görə, işlər planına “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “Pambıqçılıq haqqında”, “Kənd təsərrüfatı koperasiyası haqqında”,  “Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişikliklər edilməsi haqqında” qanin layihələri daxildir. Qeyd edək ki, yanvarın 26-da Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. İclasın gündəliyinə komitənin 2009-cu il payız sessiyasının yekunlarına dair gördüyü işlər barədə, 2010-cu il yaz sessiyasında qanunvericilik işləri planı, Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi məsələləri daxil idi. İclasda gündəliyə daxil olan məsələlər təstiq olunub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir