Modern.az

Üzeyir Mehdizadə ”Açıq-saçıq, yupkası dar” mahnısı ilə Özbəkistanı qarışdırdı - FOTO+VİDEO

Üzeyir Mehdizadə ”Açıq-saçıq, yupkası dar” mahnısı ilə Özbəkistanı qarışdırdı - FOTO+VİDEO

19 İyul 2012, 17:38

Sən demə Azərbaycanda çoxlarının bəyənmədiyi və bayağı mahnılarına görə vaxtaşırı tənqid hədəfi seçilən gənc müğınni Üzeyir Mehdizadə Özbəkistanda məşhur imiş.
Bir çox bəstələri, o cümlədən “O yana gedir, bu yana gedir” mahnısı ilə tanınan Üzeyir dünən və srağagün Özbəkistandakı fanatları üçün konsert verib.
Modern.az saytının məlumatına görə, Üzeyirin “O yana gedir, bu yana gedir” mahnısı telefon zənglərinə əlavə edilmək üçün gecə-gündüz özbək televiziyalarında reklam olunurmuş.

Modern.az saytının Daşkənddəki əməkdaşına məlum olub ki, Üzeyir Mehdizadəni bu tədbirə iki gün ərzində 6 illiyini qeyd edən “Alo FM” radiosu sürpriz olaraq dəvət edib. Radio öz yubileyini əvvəl Səmərqənd şəhərində keçirib.
“Möcüzə” adlı açıq konsert salonunda ölkə estradasının pop ulduzları ilə yanaşı,  Üzeyir Mehdizadə də çıxış edib.

Dünən axşam saat 9-da Daşkəndin “Türkistan” sarayının açıq havada olan pavilyonunda baş tutan yubiley konsertində böyük qələbəlik olub. Milislər və mühafizəçilərin müşaiyəti ilə səhnəyə çıxan Üzeyir Mehdizadəni gənclər və konsert iştirakçıları böyük səs-küy və coşqu ilə qarşılayıblar. Fanatları onun mahnılarını özü ilə birlikdə oxuyublar. Tamaşaçıların səs-küyündən hətta müğənninin səsi də eşidilməz olub. Konsertdə 5 mindən çox adam iştirak edib. Biletin qiyməti 30-50 min özbək somu (1dolların qiyməti 1900 somdur) arasında olub.

Biletlər hamısı satıldığından, konsertə gələnlərin bir hissəsi Üzeyirin səsini hasarın arxasından eşitmək məcburiyyətində qalıblar. Üzeyir Mehdizadəni Daşkənddə Azərbaycan diasporunun sədri gəzdirib. Üzeyir repertuarından 6 mahnı ifa etdikdən sonra, böyük alqış sədaları və səs-küy altında səhnəni tərk edib.
Maraqlı hadisə o olub ki, konsertə gələnlərin əksəriyyəti Üzeyir səhnəni tərk edəndən sonra Özbəkistanın pop ulduzlarını dinləməkdən vaz keçərək, konsert verilən stadionu tərk ediblər.

Sonda onu da qeyd edək ki, son zamanlar Özbəkistandakı bütün aparıcı radioların hit paradlarında Üzeyirin mahnıları birinci yerdədir. Hətta sanballı toylar, restoran və diskotekalar da onun mahnılarından faydalanırlar. Bu da özbək qardaşlarımızın bizim mahnılara olan məhəbbəti və zövqü.






Ləman Ağayeva, Daşkənd
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?