Modern.az

Azərbaycan uşaqların rifahına görə 141 ölkə arasında 87-cidir

Azərbaycan uşaqların rifahına görə 141 ölkə arasında 87-cidir

19 İyul 2012, 16:43

2012-ci ildə dünyada uşaq ölümünün azalması və milyonlarla uşağın ibtidai təhsil almasında irəliləyiş olsa da, hələ də uşaq aclığına qarşı lazımınca mübarizə aparılmır.

Modern.az "Azadlıq" radiosuna istinadən bildirir ki, “Uşaqları qoruyun” təşkilatının 2012-ci il üçün yaydığı illik hesabatda belə deyilir.

Təşkilat aclıqla bübarizəyə həsr edilmiş London sammiti ərəfəsində Britaniya hökumətinə xəbərdarlıq edir ki, son 10 ildə dünyada aclıqdan əziyyət çəkən uşaqların sayı ilk dəfədir ki xeyli artıb.

Hesabatda ən pis vəziyyətin Somalidə olduğu, ötən il  bu ölkədə 10 minlərlə uşağın aclıqdan öldüyü bildirilir.

Uşaqların inkişafı indeksi 141 ölkəni əhatə edir və burda əsas meyar kimi uşaq ölümü, çəki problemi və uşaqların ibtidai təhsil, məktəblərlə təmin edilməsi götürülüb.

Təşkilat inkişaf edən hökumətlər və donor ölkələri aclıq və uşaq ölümü ilə mübarizəyə çağırır.

Siyahıda ən yaxşı göstərici Yaponiyanındır-1-ci yer.

ABŞ 23, Çexiya 28,  Rusiya 37, Gürcüstan 43, İran 60, Ermənistan 68, Azərbaycan isə 87-ci yerdə gəlir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?