Modern.az

Madonna 500 min dollarlıq oteldə qalacaq

Madonna 500 min dollarlıq oteldə qalacaq

20 İyul 2012, 09:59

Amerikanın pop divası Madonna Rusiyanın “Evro interteynment” şirkətinin dəstəyi ilə avqustun 7-də Moskvada konsert verəcək. Konsertin təşkilatçılarının sözlərinə görə, müğənninin bu konsert səfəri London, Paris, Milan, Berlin, Moskva daxil olmaqla, 26 Avropa ölkəsini əhatə edəcək.

Müğənni Moskvada keçiriləcək konsert üçün özünə və ailəsinə şəhərin ən bahalı mehmanxanasında qalmağı tələb edib. Qeyd edək ki, ailəsi və özü üçün bir mərtəbəni tamamilə zəbt edəcək müğənninin bu oteldə qalması təşkilatçılara yarım milyon dolları bahasına başa gələcək. Müğənninin bir mərtəbəni tamamilə zəbt etməsini əsasən təhlükəsizlik tədbirləri kimi qiymətləndirən təşkilatçıların sözlərinə görə, onlar bütün tələbləri yerinə yetirəcəklər.
Qeyd edək ki, pop musiqinin kraliçası kimi tanınan Madonna həm də bəstəkar, aktrisa, prodüser, ssenarist, rejissordur. O, bir neçə mükafat laureatıdır, “Qremmi”nin 7 mükafatına layiq görülən müğənni, bununla yanaşı, ən uzun fasiləsiz sinql silsiləsinin ifaçısı kimi Ginnesin rekordlar kitabına daxil olub.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir