Modern.az

Kompüter arxasında çox qalmaq ölüm gətirir

Kompüter arxasında çox qalmaq ölüm gətirir

İqtisadiyyat

20 İyul 2012, 10:17

Kompüter arxasında çox oturmaq ölümə səbəb olurmuş. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tayvanda 18 yaşında bir oğlan “Diablo 3” adlı oyunu oynamaq üçün internet kafedə özünə xüsusi otaq tutub. 40 saat müddətində hərəkətsiz qalan və yemək belə yeməyən gənci kafenin nəzarətçisi yerdə uzanmış halda tapıb. Xəstəxanaya aparılsa da, gəncin həyatını qurtarmaq mümkün olmayıb.

Həkimlər isə bildiriblər ki, uzun müddət eyni vəziyyətdə qalmaq ürək və damarlarda problemlər yaranmasına səbəb olur, bu isə ölümlə də nəticələnə bilir.      
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!