Modern.az

Ad günü olan rejissor: “Zeynəb Xanlarova haqda bədii film yarımçıq qaldı” - MÜSAHİBƏ

Ad günü olan rejissor: “Zeynəb Xanlarova haqda bədii film yarımçıq qaldı” - MÜSAHİBƏ

20 İyul 2012, 12:56

Ramiz Əzizbəyli doğum günü Modern.az-a nə dedi?


Bu gün əməkdar artist, aktyor və rejissor Ramiz Əzizbəylinin doğum günüdür. Modern.az-a danışan R. Əzizbəyli 64-cü doğum gününü ailəsi və dostları ilə birgə rayonda qeyd edəcək.  

– Doğum gününüzdə özünüzə nə arzu edirsiniz?

– Can sağlığı, ailə səadəti, bolluca ruzi...

– Doğum günündə işdən-gücdən özünüzə vaxt ayıra biləcəksiniz, yoxsa onsuz da bekarsınız? 

– “Qisas almadan ölmə. Keçmişdən məktublar” adlı yeni bir filmin çəkilişlərini bitirmişik. Hazırda onun səsləndirilməsi ilə məşğuluq.

– Ürəyinizdə qalan, həyata keçməmiş film ideyaları varmı?

– Əlbəttə, var. Həm də çox. 22 il bundan əvvəl Zeynəb Xanlarova haqqında bədii film çəkmək istəyirdim. İşə başladım, amma yarıda qaldı. 1997-ci ildə dünya kinosunun 100 illiyi ərəfəsində “Ölü kimdir, diri kimdir” adlı film çəkmək istəyirdim, o film də yarıda qaldı.

– 64 yaşlı Ramiz Əzizbəyli baba olmaq xoşbəxtliyini yaşayıbmı?

–2 övladım, 1 nəvəm. Bu yaxınlarda kiçik qızımı da gəlin köçürmüşəm. İnşallah ondan da nəvə gözləyirəm.

– Kinematoqrafçılar İttifaqının alternativi yaradıldı. Buna sizin münasibətiniz necədir?

– Köhnə qurum son illərdə fəaliyyətsiz idi. Kinematoqrafçılar da yığıldı, onu təzələdi. Ümumiyyətlə, bu, ictimai işdir, qurumların sayı dörd də ola bilər, hətta beş də. İttifaqın vəzifə borcları başqadır. Onlar festivallarla, müsabiqələrlə, çəkilən yeni filmlərin xaricdə tanınması ilə məşğul olurlar.

– Ad gününüzü Bakıdan kənarda qeyd edəcəksiniz. Yəqin ki, ləziz yeməklər olan süfrə açılacaq. Ramiz müəllim, indi də arağın tapılmayan vaxtıdır?

–  (gülür) ... Görək də...

Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı