Modern.az

Azərbaycan hökuməti Xankəndinin icra strukturlarını yaratmalıdır

Azərbaycan hökuməti Xankəndinin icra strukturlarını yaratmalıdır

26 Yanvar 2010, 14:58

Azərbaycanda Respublikasında 122 saylı Xankəndi Seçki Dairəsi fəaliyyət göstərsə də, bu dairənin icra hakimiyyəti strukturları yoxdur. Maraqlıdır, icra qurumu olmayan dairənin deputatı seçicilərlə necə işləyir? Eyni zamanda Azərbaycanın işğal olumuş bütün rayonlarının icra hakimiyyətləti oduğu halda, Xankəndinin icra orqanı niyə yoxdur?

Modern.az məsələyə öncə bu dairədən olan millət vəkili Həvva Məmmədovanın münasibətini öyrəndik. Deputat bildirdi ki, məcburi köçkün rayonlarının deputatlarının seçicilərlə işləməsi xeyli çətinliklər yaradır: “Təkcə xankəndililər respublikanın 58 rayonunda məskunlaşıblar. Təsəvvür edin, mən onlarla görüşmək üçün bu rayonlarda olmalıyam. Hələ demirəm ki, onlarla görüşmək üçün deputat 58 rayonun neçə kəndinə getməlidir. Axı bu həmyerlilərim təkcə rayon mərkəzlərində deyil, kəndlərdə də məskunlaşıblar. Bizim dairədə icra qurumları olmadığından əlavə problemlər ortaya çıxır. Məni bir məqam xüsusilə qayğılandırır. Mərhum Prezidentimiz Heydər Əliyevin təşəbbüsü ilə Xankəndində Pedaqoji İnstitut fəaliyyət göstərirdi. Artıq həmin ali məktəb fəaliyyətini dayandırıb. Həmin ali təhsil müəssisəsinin böyük pedaqoji kollektivi var idi. Bu təhsil ocağının fəaliyyətinin dayandırılması onun  kollektivinin də dağılmasına səbəb oldu. Arzu edərdim ki, bu ali məktəb bərpa olunsun”.

Millət vəkili, hüquqşünas Fazil Mustafa da hesab edir ki, digər işğal altında olan bölgələr kimi Xankəndinin də icra strukturlarının yaradılması vacib məsələdir: “Bu, həm digər işğal altında olan bölgələr kimi bizim beynəlxalq aləmdə Xankəndinə olan iddiamız kimi də qiymətləndirilə bilər. Ümumiyyətlə, mən bunu həm siyasi, həm də xankəndililərin kompaktlığı baxımından zəruri məsələ kimi qiymətləndirirəm”.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Edar İbrahimov da hesab edir ki, Xankəndinin cra hakimiyyəti olmalıdır.

Regional məsələlər daimi komitəsinin üzvü Fəzail İbrahimli də düşünür ki, Xankəndi şəhərinin icra strukturlarının yaradılması heç bir halda ziyanımıza olan məsələ deyil: “Ümid edirəm ki, bu məsələ gerçəkləşəcək”. 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub