Modern.az

Suriya ordusunun bir generalı Türkiyəyə qaçıb, biri ölüb

Suriya ordusunun bir generalı Türkiyəyə qaçıb, biri ölüb

20 İyul 2012, 18:23

Modern.az xəbər verir ki, Suriya ordusunun 1 general və 4 zabiti son sutka ərzində Türkiyəyə fərarilik ediblər. “Əl-Ərəbiyyə” telekanalının məlumatına görə, son 24 saat ərzində 17 zabit Suriyadan Türkiyəyə qaçıb. Fərarilər arasında Suriyada əvvəllər kimyəvi silahlara cavabdeh olan general-mayor Adnan Sillu  da var. Bundan öncə Suriya respublika qvardiyasının yüksək rütbəli generalı Manaf Tlasın da Türkiyədə sığınacaq tapması haqda məlumat yayılmışdı.

Yeri gəlmişkən, iki gün əvvəl Suriyanın paytaxtı Dəməşqdə törədilən terror aktı nəticəsində yaralanan milli təhlükəsizlik xidmətinin rəisi Hişam İxtiyarın bu gün öldüyü bildirlir. Bununla da, terror aktı qurbanlarının sayı 4-ə çatıb.
 Hazırda bu ölkədə 700-ə yaxın hərbi fərrari və 20-ə yaxın general var.  

Aygün Asifqızı
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi