Modern.az

“Mahmud və Məryəm”in ekranda görünməyəcək sirləri

“Mahmud və Məryəm”in ekranda görünməyəcək sirləri

21 İyul 2012, 10:28

10 həftə çəkiliş, 150 insan, 13 min metr parça, 2 min 300 metr divar kağızı, 250 kq da süni qan...

Xalq yazıçısı Elçin Əfəndiyevin “Mahmud və Məryəm” əsərinin film çəkilişləri artıq başlayıb. Modern.az xəbər verir ki, Azərbaycan-Türkiyə ortaqlığı ilə ilk film layihəsinin çəkilişlərinə artıq start verilib.  “Öyle bir geçer zaman ki” filminin Metesi kimi tanıdığımız Aras Bulur İynemli – Mahmud və Eva Dedova – Məryəm rolunu ifa edəcəklər.

Azərbaycan və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəklədiyi bu filmin çəkilişləri 10 həftə çəkəcək. Filmin hazırlıq və çəkilişlərində 150 insan işləyir. Filmin musiqilərini isə azərbaycanlı bəstəkar Aygün Səmədzadə bəstələyəcək.

Aktyorlar müharibə səhnələrini canlandırmaq üçün 3 ay at minmək və qılınc oynatmağı öyrəniblər. Film Azərbaycanda Bakı, Şəki, Qax, Qobustan və Zaratda (İsmayıllının kəndi) çəkiləcək. Geyimlər üçün 13 min metr parça, 2 min 300 metr divar kağızı, o illərə məxsus xalçalar və dekorasiyaların istifadə edildiyi filmdə 4 fərqli ordunun əsgər paltarları və müharibə geyimləri də xüsusi olaraq hazırlanıb. Mindən çox saç, saqqal və bığ hazırlanıb, 250 kq da süni qan emal olunub.

Türkiyədə isə Safranbolu, Düzce, Bolu, Sakarya və  İstanbulda çəkiləcək “Mahmud və Məryəm” filminin xüsusi effektləri ABŞ-ın “Nu Boyana” Film Studiyasında həyata keçiriləcək.

Əhilləşdirilmiş qartal və canavar səhnələri isə Macarıstanda çəkiləcək.

“Mahmud və Məryəm” filminin tam hazırlanması isə 3 ay çəkəcək. 120 dəqiqə olan film 2012-2013-cü ildə Azərbaycan, Türkiyə və 9 Avropa ölkəsində ekranlara gələcək.

Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?