Modern.az

Kinorejissorlar Gildiyasının sədri: “Telekanallarla problemlərimiz qalmayıb”

Kinorejissorlar Gildiyasının sədri: “Telekanallarla problemlərimiz qalmayıb”

21 İyul 2012, 12:16

“Azərbaycanfilm kinostudiyasının saytını hazırlamışıq. Sonra səssiz filmlərlə bağlı bir layihəni həyata keçirdik. Hazırda dünya kinosunun kitabxanasını yaradırıq. Artq Eldar Quliyev, Ayaz Salayev, Kənan Məmmədov, Nadir Mehdiyev öz video koleksiyalarını bizə təhvil verirlər”, – deyə Azərbaycan Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev Modern.az-a bildirib.

Gildiya sədrinin sözlərinə görə, qurumun öz saytı da fəaliyyət göstərir – auidiovisual.az.

H. Mehdiyev bildirib ki, bəzi telekanallarla mübahisələri tədricən həl olunmaqdadır: “Qanunla müəllif dünyasını dəyişəndən sonra 70 il onun müəllif hüquqlarına görə varisləri əsərlərindən bəhrələnə biləcək. Bizim də telekanallarla məhkəmə çıxmağımda səbəb də bu idi. Müəlliflərin, onların övladlarının mənəvi dayağı müəlliflik hüququdur. Bu hüquqla müəllif həm mənəvi, həm də maddi qidalanan bilir. O Əgər kimsə kiminsə intellektual mülkiyyətini qeyri-qanuni istifadə etmək istəsə, bunu bilirik və xəbərdarlıq edirk. Danışıqlar aparırıq və  əgər bir nəticə əldə etmirsə, o zaman məhkəməyə müraciət edirik. Həm rejissorun, həm operatorun, həm rəssamın, həm ssenaristin, həm də bəstəkarın müəllifllik hüquqları gildiyada qorunur. İndi kanallarla heç bir problem yoxdu və qonorarı da ala bilirik”.


Könül Səid
Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi