Modern.az

Müğənninin avtomibil qəzasında ayağı sınıb

Müğənninin avtomibil qəzasında ayağı sınıb

Mədəni̇yyət

23 İyul 2012, 12:14

Gənc müğənni Ceyhun Neymətov avtomobil qəzasına düşüb. Bu barədə o, özü bildirib. İfaçının sözlərinə görə, hadisə ötən gecə Xətai  rayonu ərazisində baş verib. Ağır yol qəzası gecə  saat  iki  radələrində Əhmədli metrosunun yaxınlığındakı “Lukoil” yanacaqdoldurma məntəqəsi ətrafında törədilib. 
"Lada" markalı  avtomobil  Ceyhun Neymətovun idarə etdiyi  "Wolksvagen Passat" markalı  maşınla toqquşub. Nəticədə hər iki sürücü  müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Heç bir  maşında sürücülər tək olmayıb.
Ceyhun Neymətov hadisənin ani bir anda baş verdiyini deyir: “ “Xalqlar Dostluğu”ndan “Əhmədli” metrosuna doğru gedirdim. Qarşı tərəf üçün işıqforun qırmızı işığı yansa da sürücü buna məhəl qoymadan qaydanı pozaraq yüksək sürətlə keçib maşınımı  vurdu. Mən ayaqlarımdan, yanımda olan dostum Xəyal başından bərk zədələndik”.
Müğənni  ayağında sınıq diaqnozu, dostu isə kəskin baş-beyin travmasi ilə Sabunçu rayon xəstəxanasına çatdırılıb. Hazırda onların vəziyyəti  normaldır. Qeyd edək ki, zərərçəkənlər artıq evə buraxılıb və müalicələri həkim nəzarəti altında evdə davam etdirilir. Ceyhun Neymətov faktla bağlı Xətai rayon Polis İdarəsində cinayət işi açıldığını da əlavə edib.

Modern.az  




Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!