Modern.az

Rəşad Məcid: “MKM-i Şahbaz Xuduoğlunun ambisiyaları iflasa uğratdı”

Rəşad Məcid: “MKM-i Şahbaz Xuduoğlunun ambisiyaları iflasa uğratdı”

Mədəni̇yyət

23 İyul 2012, 12:24

Hər il keçirilən Milli Kitab Mükafatı (MKM) 2012-ci ildə baş tutmadı. Bununla bağlı “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli açıqlama verib. O, saytımıza deyib ki, bundan sonra MKM iki ildən bir keçirilsə, özünə daha çox diqqət və maraq oyada bilər.

Amma MKM-in münsiflər heyətinin  sabiq üzvü, ötən il baş verən qalmaqala görə qurumdan uzaqlaşan “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid tam fərqli fikirdədi. O, Milli Kitab Mükafatının iki ildən bir keçirilməsi ilə bağlı fikirləri bölüşmür. R.Məcid Modern.az saytına belə deyib:

“Mən münsiflər heyətində olarkən müsabiqənin hər il keçirilməsinin tərəfdarı idim. Ötən il baş verənlərdən sonra Şahbaz Xuduoğlu gərək imkan verməyəydi ki, Milli Kitab Mükafatının keçirilməsində fasilə yaransın. Hardan olsa maliyyə tapmalı, MKM və  Nigar Köçərlini zərbə altında qoymasının əvəzini çıxaydı. Mən olsam, evimi, maşınımı satardım, amma MKM-də fasilə yaranmasına yol verməzdim. Onu da qeyd edim ki, MKM-i Şahbaz Xuduoğlunun ambisiyaları iflasa uğratdı“ .

Könül Səid

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır