Modern.az

"Azəriqaz" mənzillərdən 460 ədəd soba yığışdırıb

"Azəriqaz" mənzillərdən 460 ədəd soba yığışdırıb

26 Yanvar 2010, 17:11

ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyində ölkənin qaz təchizatı sistemində “mavi yanacaq”dan istifadə qaydalarının pozulması, onları doğuran səbəblərin aradan qaldırılması və istehlakçılar arasında mənzillərdə və digər obyektlərdə təbii qazdan düzgün istifadə edilməsi qaydalarının təbliğini gücləndirmək haqqında “Tədbirlər Proqramı” hazırlanaraq yerli qaz istismar sahələrinə göndərilib. Modern.az-ın məlumatına görə, ARDNŞ-nin mətbuat xidmətindən bildirilib ki, proqramın icrası üçün daimi fəaliyyət göstərən xüsusi qərargah da yaradılıb. Qərargahda Bakı şəhəri rayonları, şimal, cənub və Mərkəzi Aran regionları, Sumqayıt şəhəri və Abşeron rayon Qaz istismar sahələrində çalışan əməkdaşların iştirakı ilə mütəmadi müşavirələr keçirilir, qaz təsərrüfatında istehlakçıların təhlükəsiz istismar qaydalarına düzgün riayət etmələri ilə bağlı tövsiyələr hazırlanır. Qərargah həm də kütləvi informasiya vasitələrində təbii qazdan istifadə qaydaları haqqında mütəmadi olaraq məlumatların yerləşdirilməsi, bu mövzu ilə bağlı mühazirələrin keçirilməsi istiqamətində də fəaliyyət göstərir.
“Tədbirlər Proqram”ına uyğun olaraq mənzillərdə qaz cihazlarının yerinin özbaşına dəyişdirilməsinin qarşısının alınması, dövlət standartlarına uyğun olmayan qaz cihazlarının istismardan çıxarılması, tüstü bacalarının və havaçəkmə kanallarının yoxlanılması, məhəllədaxili qaz kəmərlərinə texniki baxışların keçirilməsi üzrə işlər də qrafik əsasında icra edilir. Görülən tədbirlər nəticəsində 2010-cu il yanvar ayının 1-nə olan məlumata əsasən, 600 ədəd müxtəlif növlü sobanın istismarı dayandırılıb, 1480 ədəd rezin boru birləşməsi ləğv edilib, qaz xəttinə qeyri-qanuni qoşulmuş 2800 abonentin qaz təminatı dayandırılıb, çoxmərtəbəli binalarda istifadə olunan 460 ədəd standartlara cavab verməyən isitmə sobası, o cümlədən İran İslam Respublikasının istehsalı olan 130 ədəd soba istismardan çıxarılıb. Qərargah bu gün də səmərəli fəaliyyətini davam etdirir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu