Modern.az

Kinematoqrafçılar İttifaqının katibi: “Hüseyn Mehdiyev yalan danışır”

Kinematoqrafçılar İttifaqının katibi: “Hüseyn Mehdiyev yalan danışır”

Mədəni̇yyət

24 İyul 2012, 10:29

“Rüstəm İbrahimbəyovun göstərişi ilə Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvlərini təhqir etməyim yalan sözdür”.

Bu sözləri Modern.az saytına açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Rasim Balayev bir müddət öncə Azərbaycan Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyevin “Rüstəm İbrahimbəyov vaxtilə Rasim Balayevi gətirib ora qoyub bütün müəllifləri təhqir elətdirdi” fikrinə münasibət bildirərkən deyib.

O, bu sözləri cəfəngiyat adlandırıb.

R.Balayev hazırda AKİ-də nə qədər üzvün qaldığını açıqlamaq istəməyib. Özünün İttifaqdan çıxmasına gəlincə isə R. Balayev belə deyib: “Onların yanında mənim nə işim var ki?! Mən öz ittifaqımızda qalacam”.

Aytən Əliyeva
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır