Modern.az

Milli azlıqlardan olan gənclərin layihələri başa çatır

Milli azlıqlardan olan gənclərin layihələri başa çatır

Qarabağ

27 Yanvar 2010, 12:08

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycanda ilk dəfə olaraq regionlarda yaşayan və milli azlıqlardan olan gənclərin kiçik layihə təşəbbüslərinə maliyyə dəstəyi verib.

Mərkəzdən Modern.az-a bildirilib ki, əsas məqsədi milli azlıqlardan olan gənclərin ictimai fəallığını artırmaq və onların yerli problemlərin həllində iştirakını təşviq etmək olan proqram artıq bitmək üzrədir.

Avropa Şurasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən icra olunan “Fərqli olsaq da, birlikdəyik” adlı layihə çərçivəsində reallaşan 10 kiçik layihə milli azlıqdan olan gənclərin təşəbbüsü ilə icra edilib.

Bu təşəbbüslərin inkişaf etdirilməsi və hazırlanması üçün Mərkəz Bakı şəhərində ötən il ilk dəfə olaraq milli azlıqlardan olan gənclərin 1 həftəlik milli təlim kursunu da təşkil edib.

Əsasən yerli gənclər klublarının inkişaf etdirilməsini, gənclərin asudə vaxtının səmərəli təşkilini, onların yerli bələdiyyələrin işində aktiv iştirakını, eləcə də bir sıra sosial əhəmiyyətli məsələlərdə gənclərin rolunu təşviq edən kiçik layihələr artıq başa çatır. Bu layihələr hər biri özü-özlüyündə icra edildiyi regionda xeyli təsir imkanına malik olmuş və ictimaiyyətin xüsusi marağına səbəb olub.

Gənclər üçün Təhsil Mərkəzi növbəti aylarda milli azlıqlardan olan gənclərin təşəbbüslərinin dəstəklənməsi üçün yeni proqramların həyata keçirilməsini planlaşdırır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!