Modern.az

«Музыкальный Олимп» festivalı ilk dəfə olaraq Azərbaycana gəlir

«Музыкальный Олимп» festivalı ilk dəfə olaraq Azərbaycana gəlir

26 İyul 2012, 15:36


Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq «Музыкальный Олимп» festivalı keçiriləcək. Üzeyir Hacıbəyov adına 3-cü Beynəlxalq Musiqi festivalı tərkibində təşkil edilən bu beynəlxalq klassik musiqi konserti 18, 21 Sentyabr tarixində Bakı Dövlət Filarmoniyasında və Sentyabrın 20-də isə Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Qeyd etmək lazımdır ki, «Музыкальный Олимп» festivalı ilə Ü.Hacıbəyov Beynəlxalq Musiqi Festivalının birgə təşkili ideyasıl məşhur dirijor Eyyub Quliyevin (2010-cu ildə İtaliyanın Parma şəhərində keçirilən A. Toskanini adına Beynəlxalq Dirijorlar Müsabiqəsinin qalibi, I dərəcəli C.Sinopoli mükafatı laureatı) təşəbbüsü əsasında irəli sürülüb. Azərbaycanda baş tutacaq «Музыкальный Олимп»  festivalında bir sıra tanınmış sənətkarlar iştirak edəcəklər: Solen Paydassı (Fransa), M.Lonq və J.Tibo adına Beynəlxalq Dirijorlar Müsabiqəsinin I dərəcəli mükafatı laureatı, 2010; Signum saksofonistlər kvarteti (Almaniya), Beynəlxalq Musiqi Müsabiqəsinin (TİM) I dərəcəli mükafatı laureatı, Verona, (İtaliya), 2010; Аşu (ABŞ), The International Salon de Virtuosi Career (Nyu York, ABŞ) müsabiqəsinin qalibi (2008), Kristof Kruaze (İsveçrə), IBLA Grand Prize Beynəlxalq Müsabiqəsinin Qran-Pri sahibi, Roquza, Siciliya (İtaliya) 2010; İlya Maksimov (Rusiya), M.Kanals adına Beynəlxalq Pianoçular Müsabiqəsinin II dərəcəli mükafatı laureatı, Barselona (İspaniya), 2008. Konsertdə həmçinin Eyyub Quliyevin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestri də çıxış edəcək.

«Музыкальный Олимп» festivalı solistlərinin proqramına S.Prokofyev, A.Dvorjakov, S.Barbera, B.Bartoka, J.İbera, A.Pyatsola, P.Çaykovskiy, S.Raxmaninovun əsərləri daxil edilib. «Музыкальный Олимп» Fondunun Prezidenti İrina Nikitina qeyd edir ki, «Музыкальный Олимп» Festivalı əslində klassik musiqinin gələcəyinin özünəməxsus anonsudur.
“Bu il ilk dəfə olaraq festival konsert proqramı ilə Azərbaycana gəlir və bu, festivalın nüfuzunun beynəlxalq səviyyədə artmasına işarə edir. Ümid edirik ki, bu festival Nyu-Yorkun Karnegi-hol zalında, Zürixdə, Berlin Filarmoniyasında, Sinqapurun Esplanad konsert zalında keçirilən tədbirlər kimi bizim solistlərin də iştirak etdiyi ənənəvi beynəlxalq musiqi tədbirinə çevriləcək.”

1995-ci ildə Rusiyada yaradılan və hər il keçirilən «Музыкальный Олимп» Festivalında adətən klassik musiqi elitasının gənc nümayəndələri iştirak edir. Dünya klassik musiki tənqidçilərinin yüksək rəyini almış bu festival neçə ildir ki, beynəlxalq layihə kimi tanınır və musiqi sahəsində qloballaşmanın parlaq nümunəsinə çevrilib. Festivalın əsas məqsədi milli mənsubiyyətindən asılı olmayaraq peşkar və istedadlı gənc musiqiçilərin yaradıcılıq karyeralarına dəstək olmaqdır. Bu festivalda ancaq nüfuzlu beynəlxalq müsabiqələrin qalibləri iştirak edirlər. Festivalın 17 illik tarixi müddətində 40 ölkədən 400-dən artıq gənc ifaçılar iştirak etmişlər. Onlardan bir çoxu artıq beynəlxalq aləmdə tanınmış musiqiçilərdir, məsələn Nikolay Snayder, İlya Qrinqolts, Sayaka Sedzi, Eldar Nebolsin, Martin Frest, Marina Poplavskaya və b..


Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI