Modern.az

“Arzuolunmaz kürəkən”in fatihəsi verildi - Folklor Külliyyatının VI cildi yığışdırılır

“Arzuolunmaz kürəkən”in fatihəsi verildi - Folklor Külliyyatının VI cildi yığışdırılır

26 İyul 2012, 16:56

Milli Elmlər Akademiyası Folklor İnstitutunun nəşr etdirdiyi Azərbaycan Folkloru Külliyyatının VI-cı cildində “Arzuolunmaz kürəkən” nağılının yer alması geniş ictimai narazılıq doğurdu. “Nağıl” adı altında bir sıra söyüşlərlə, vulqar ifadələrlə zəngin olan bu material hələ də ədəbi kəsimi və ictimaiyyəti narahat etməyə davam edir.

Modern.az külliyyatın səs-küyə səbəb olan VI cildinin gələcək taleyi ilə bağlı məsələni dəqiqləşdirmək üçün Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktor müavini Oruc Əliyevi sorğulayıb.

“Qeyd edim ki, Azərbaycan Folklor Külliyyatı əsasən satış üçün nəzərdə tutulmayıb. O daha çox dar bir elmi dairə üçün nəzərdə tutulmuşdu. Onu deyim ki, VI cild ümumiyyətlə yığışdırılacaq və əgər satışda da, varsa onlar da geri alınacaq. Amma təkrar nəşr olunmasını hələ bir məqsəd kimi qarşımıza qoymamışıq. Bu barədə Elmi Şuranın qərarı olmalıdır. Təbii ki, yeni nəşr olunacaq cilddə o nağıl yer almayacaq“, – deyə Oruc Əliyev vurğulayıb.

Könül Səid
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi