Modern.az

Dövlət rəhbərlərinin hobbisi

Dövlət rəhbərlərinin hobbisi

27 Yanvar 2010, 15:17

Hobbi, meyl, maraq, həvəs cəmiyətdə tutduğu mövqedən, vəzifədən asılı olmayaraq hər bir insana xas olan xüsusiyyətlərdir. Hərənin öz maraq dairəsi, daha dəqiq desək, hobbisi var.

Kimsə müxtəlif növ markalar, dəmir və ya kağız pullar, kibrit qutusu, açıqca toplamağı xoşlayır, başqa biri rəsm əsərləri, kitablar yığır. Kaset və disk toplamağa, musiqiyə qulaq asmağa, kitab oxumağa, xarci dil öyrənməyə, at sürməyə hobbi kimi yanaşanlar da. Bəzilərinin hobisi evdə heyvan saxlamaq, digərlərininki maşın sürmək, bir başqalarınınkı telekanalları seyr etməkdir. Saatlarla internetdə «qurdalanmaq», səyahət etmək, ova getmək, qəzet oxumaq, idmanla məşğul olmaq, hətta qumar oyunlarına aludəçilik kimi hobbilər də mövcuddur. Bir sözlə, əlavə məşğuliyyət növü sayılan hobbilər müxtəlif ola bilər. Bəzən cəmiyyətdə çox ciddi şəxs kimi qəbul olunan adamların əlavə məşğuliyyətnin nə ilə bağlı olduğunu biləndə istər-istəməz təəccüblənirsən. Bu sözləri kiminsə qeyri-ciddi hesab etdiyi adam haqqında da söyləmək olar.

Hər bir yaş dövrünə məxsus hobbilərin, maraqların olması mümkündür. Bəzən zaman keçdikcə zövqlər kimi hobbilər də dəyişə bilər. O da mümkündür ki, kimsə uşaqlıqdan məşğul olduğu hobbisini ta qocalanadək davam etdirir. Götürək bəzi adamların kitab yığmaq həvəsini. Nizami, Füzuli, Firdovsi, Şekspirin külliyyatı, B.Vahabzadənin, M.Arazın, Cek Londonun, E.Hemenquyenin və digərlərinin şah əsərlərini  özündə birləşdirən şəxsi kitabxanalarla kim fəxr etməz ki… Poçt markalarından ibarət kolleksiyaya malik olmaq da geniş yayılmış hobbilərdən sayılır. Marka kolleksiyası toplayanlar arasında müxtəlif ölkələrin sıravi vətəndaşları ilə yanaşı, tanınmış simaları da görmək olar. Bu «xəstəliyə» hətta İngiltərə kraliçası da tutulub. Vaxtilə marka həvəsini «markomaniya» adlandırırdılar.

Qeyd etdiyimiz kimi, hər bir insanın öz hobbisi var və bəzən əlavə məşğuliyyət növünə meyl edənin kimliyini biləndə təəcüblənməmək olmur. Məsələn, məşhur rusiyalı tennisçi Mariya Şarapova etiraf edib ki, onun hobbisi insanları izləməkdir: «Mən insanları manipuliyasiya etməyi xoşlayıram. Yaxşı güdməyi də bacarıram. Gərək Şerlok Holms olaydım».

Təkcə şərqdə deyil, bütün dünyada tanınan Osmanlı hökmdarı Sultan Əbdülhəmidin hobbisi xarratlıq olub. Onun əl işləri bir neçə dəfə beynəlxalq sərgilərdə də nümayiş etdirilib.

Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin hobbisi fotoqrafiya ilə məşğul olmaq, kibrit şəkillərini yığmaq idi.

İordaniya kralı II Abdullah bin Hüseyn bin Talalın hobbisi təyyarə idarə etmək, paraşüt idmanı, avtosport, sualtı ov, qədim silahların kolleksiyasıdır.

ABŞ-ın keçmiş prezidenti, ata Corc Buşun əsas əlavə məşğuliyyət növü qolf oynamaq olub. Bu idman növünə həddindən artıq aludə olan ata Buş hətta bir dəfə yorğunluğunun fərqinə varmayaraq isti havada qolf oynayanda huşunu itirərək özündən gedib.

Türkiyənin hazırkı baş naziri Rəcəb Tayyip Ərdoğanın at yarışlarına, atçılığa böyük marağı var. Ərdoğan hətta bir dəfə at sürmək istəyərkən yəhərdə özünü saxlaya bilməyərək yıxılıb, yüngül xəsarət alıb. ABŞ-ın digər sabiq prezidenti oğul Corc Buş da atası kimi qolf oynamağı çox xoşlayır. O, spirtli içkilərə olan düşkünlüyünə son qoyandan sonra idmanla məşqul olur. Buş hər gün günortadan sonra, 16:30-da gündəlik işlərinə ara verərək 1 saatlıq gəzintiyə çıxır. Qolf oynamaqdan başqa velosiped sürmək də Buşun əsas hobbilərindəndir. Fransa prezidenti Nikolas Sarkozi ata minməyi çox sevir. Özünün seçki kompaniyası dövründə kovboy papağı geyinib at minən Sarkozi, daxilindəki gücü zahirə göstərmək üçün hər cür idmanla məşqul olmağı xoşlayır. Amma əsas maraq göstərdiyi sahə az sürətlə qaçmaqdır. Almaniyanın kansleri Angela Merkelin hobbiləri isə bu məşğuliyyət növləridir: gəzmək, operaya tamaşqa etmək, yemək bişirmək və kitab oxumaq. Onun, tez tez təbiət gəzintisinə çıxdığı bildirilir. Gəzinti həvəskarı Merkel hətta ötən il İtaliyada Monte Rite dağına da çıxıb. Böyük Britaniyanın baş naziri Qordon Braun keçmiş tenis çempionudur. O, səhər tezdən idman zalına gedən həvəskarlardan biridir. Gəncliyində tenis üzrə çempion olmuş Braun reqbi yarışlarının birində gözündən zədə də alıb. Buna görə də həkimlər və doğmaları baş nazirə yaxın təmaslı oyunlardan uzaq olmağı məsləhət görüblər. Əvvəllər tenis və futbol oynayan Braun indi də üzgüçülüklə məşğul olur. Boliviya prezidenti Evo Moralesin futbola hədsiz marağı var. Deyilənə görə, o, uşaqlığından indiyə qədər futbol oynayır. E.Morales dövlət başçısı olmasına baxmayaraq bu vərdişindən uzaqlaşa bilməyib. Təsadüfi deyil ki, Boliviya prezidenti Beynəlxalq Futbol İttifaqının (FİFA) 2500 metrdən yüksək yerlərdə futbol yarışlarının keçirilməsinə qoyduğu qadağaya öz etirazını bildirmişdi. Venesuela prezidenti Uqo Çavez da idmanın digər növü-beysbol düşkünüdür. O, əsasən gecələr beysbol oynamağı xoşlayır. U.Çaves uzun bir iş günündən sonra Prezident Sarayının arxasında nazirlər və təhlükəsizlik orqanının işçiləri ilə birlikdə beysbol oynayır. Yaponiya prezidenti Şinzo Abe, əvvəllər ox atmağa hobbi kmim baxırmış. O, tələbəlik illərində yaxşı ox atmağı bacarır. Prezident hazırda da Yaponiya Oxçuluq Federasıyasının nümayəndəsi kimi tanınır. Rusyanın baş naziri Vladimir Putin cüdo üzrə qara kəmər sahibidir. O, boyunun uzanması üçün uşaq vaxtlarından cudo ilə məşğul olmağa başlayıb və 18 yaşına çatanda qara kəmər alıb. Putinin digər hobbisi üzgüçülük və gimnastika ilə məşğul olmaqdır.

 

  

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar