Modern.az

“Çıxarılan iki böyrəyimin əvəzinə mənə yeni böyrək köçürüləcək”

“Çıxarılan iki böyrəyimin əvəzinə mənə yeni böyrək köçürüləcək”

30 İyul 2012, 15:45


Sabiq deputat, xalq şairi  Zəlimxan Yaqub müayinə üçün getdiyi Almaniyadan qayıdıb. Bu barədə Modern.az-a şairin özü məlumat verib:
“Yoxlamalar oldu, müalicələr gedir. Ağrılarım da azalıb. Çox şükür hər şey normaldır, həkimlərim də bunu təsdiq etdi”.

Zəlimxan Yaqub bildirib ki, oktyabr ayının 8-də yenidən müalicə üçün Almaniyaya qayıdacaq. 2013-cü ilin sonlarına yaxın isə böyrək köçürülməsi planlaşdırılır.

Qeyd edək ki, bu ilin əvvəlində tanınmış şairin hər iki böyrəyi çıxarıldılıb və həkimlərin məsləhəti ilə dializ seansına başlanılıb.

Sevinc İltifatqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir