Modern.az

"Eurovision"dakı iştirakçımız Səbinə Babayeva nişanlandı

"Eurovision"dakı iştirakçımız Səbinə Babayeva nişanlandı

Mədəni̇yyət

30 İyul 2012, 18:15

"Eurovision 2012” təmsilçimiz Səbinə Babayeva nişanlanıb. ANS PRESS-in məlumatına görə, müğənninin sevib-seçdiyi gənc Cavidan Şərifovdur. Gənclər arasındakı sevgi münasibətləri 1 il əvvəl başlayıb. Cavidanın ailəsi keçən həftə Səbinəgilə elçiliyə gedib və qızın razılığını alıb. Cütlüyün nişan mərasimi tezliklə təşkil ediləcək.

Səbinənin gələcək həyat yoldaşı “Qəfəs Cavidan” kimi tanınır. Belə ki, o vaxtilə ATV kanalında yayımlanan “Qəfəs” reality-şousunun iştirakçısı olub. Cavidan Şərifov hazırda İTV-də rejissor kimi çalışır. Cavidan “Eurovision” müsabiqəsi ilə bağlı verilişlərin və filmlərin rejissorudur. Səbinə ilə Cavidanı məhz “Eurovision” birləşdirib.

Qeyd edək ki, Səbinə ilə Cavidan arasında müəyyən yaş fərqi var. Səbinə Babayeva 1979-ci ildə, Cavidan Şərifov isə 1985-ci ildə anadan olub.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi