Modern.az

“Əl-Qaidə” liderinin qardaşından Azərbaycanla bağlı şok açıqlama

“Əl-Qaidə” liderinin qardaşından Azərbaycanla bağlı şok açıqlama

2 Avqust 2012, 16:23

“Qardaşımı sonuncu dəfə Azərbaycanda görmüşəm”

“Əl-Qaidə” beynəlxalq terror təşkilatının rəhbəri Ayman Əl-Zavahirinin kiçik qardaşı Məhəmməd CNN-ə sensasiyalı müsahibə verib.

(//security.blogs.cnn.com/2012/08/01/zawahiris-brother-says-al-qaeda-far-from-defeated/)

Modern.az bildirir ki, Məhəmməd Zəvahiri terror təşkilatının rəhbərlərindən olan doğma qardaşını sonuncu dəfə Azərbaycanda gördüyünü bildirib.

Jurnalistin “qardaşınızın harada olduğunu bilirsinizmi” sualının cavabında o, qardaşını sonuncu dəfə 1996-cı ildə gördüyünü deyib.
“Sonuncu dəfə mən öz qardaşımı 1996-cı ildə Azərbaycanda görmüşəm. Onun sonrakı taleyi barədə məndə heç bir məlumat yoxdur”-deyə Məhəmməd  qeyd edib.

Qeyd edək ki, Human Rights Watch təşkilatının məlumatına görə, qardaşlar 90-cı illərin əvvələrində bir müddət bir yerdə yaşayıblar.

Öz müsahibəsində Məhəmməd deyib ki, özünü və qardaşlarını qatil hesab etmir. “Biz xarici müdaxiləçilərlə mübarizə aparırıq. Onlar bizim huquqlarımızı əlimizdən alıblar”.

Məhəmmədin sözlərinə görə, onlar ideologiyalarına görə sona qədər döyüşəcəklər.

“Bizi heç kim sındıra bilməz”-deyə Məhəmməd vurğulayıb.

Xaqani SƏFƏROĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər