Modern.az

Vahid münəccimlik mərkəzi yaradılsın - ulduz falı tərtibçisindən TƏKLİF

Vahid münəccimlik mərkəzi yaradılsın - ulduz falı tərtibçisindən TƏKLİF

3 Avqust 2012, 13:23

Firudin Qurbansoy: “Sabah qələmi tullayıb, yazmaya da bilərəm”

“Ulduz falları üçün vahid mərkəz yaradılmalı, onun başında bu işdən başı çıxan bir adam durmalıdır. Yoxsa kim gəldi, necə gəldi, bu işlə məşğul olurlar”. Bu sözləri Modern.az saytına astroloq Firudin Qurbansoy deyib.

Qeyd edək ki, hər gün müxtəlif KİV-də fərqli ulduz falları dərc edilir. F. Qurbansoyun açıqlaması da məhz bu məsələ ilə bağlıdır.

“Xarici ölkələrdə belə mərkəzlər var. Bizdə isə bu barədə heç düşünən də yoxdur. Bu gün belə bir mərkəzin yaradılması üçün ən azı yer, ştat və peşəkar insanların bir yerə toplanması lazımdır.   Bunların hamısı isə maliyyə tələb edir. Buna da dövlət dəstəyi olmazsa, ideyanın gerçəkləşməsi mümkün deyil. Yaxud da imkanlı bir şəxs bir şirkət yarada və insanlar bu şirkətdə fəaliyyət  göstərə bilərlər. Görünür, bu peşə lazım deyil, lazım deyilsə, heç dünəndən lazım olmasın.  Mənim sənətim başqadır. Mən filoloqam, öz işlərimlə məşğul oluram, ulduz falı ilə isə camaata lazımdır deyə məşğul oluram. Sabah qələmi tullayıb, yazmaya da bilərəm. İndi kitabçalarım bir dəfə də çap olunacaq, amma sonra bilmirəm nə olacaq? Həm də mənə bunu yazmaq bir az maliyyə dəstəyi olur”, – deyə münəccim qeyd edib.

F.Qurbansoy bildirib ki, ulduz falına tələbat var. “Rusiyanın hər şəhərində bu işlə yüksək  səviyyədə fəaliyyət göstərən şirkətlər var. Biz elmin hər sahəsində geri qaldığımız kimi, bu sahədə də geri qalırıq. Bizdə elmi mühit yoxdur, alimlərin maaşına baxın, acından ölürlər. Əgər iki kitab almağa maaş bəs etmirsə, onda nə elm gözləyirsən?”

Nihadə Eyyubova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir