Modern.az

Ötən il 6800 uşaq əlillik dərəcəsi alıb

Ötən il 6800 uşaq əlillik dərəcəsi alıb

Ölkə

28 Yanvar 2010, 14:11

2009-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyalarına əlillik dərəcəsi almaq üçün müraciət edən 22791 nəfərdən 18514-ü əlil hesab edilib. Bu barədə nazirliyin ötən ilin yekunları ilə bağlı  keçirilən kollegiya iclasında məlumat verilib. Modern.az xəbər verir ki, tədbirdə bildirilib ki, əlil hesab edilən vətəndaşlardan 16461-i ağır xəstəliklər daşıyıcısıdır: “Əlil hesab edilənlərin 21 faizi ürək-qan damar xəstəliklərindən əziyyət çəkənlərdir. Sonrakı yerləri 11,1 faiz göstərici ilə əsəb xəstəlikləri, 7,7 faiz göz xəstəlikləri və digər xəstəliklərlə əlillik dərəcəsi alanlar bölüşürlər. İl ərzində əlillərin 2,5 faizi reabilitsiya edilib, 25,3 faizinin isə ilkin əlilliyinin qarşısı alınıb, 0,4 faiz əlilliklə bağlı qərar ləğv edilib”. Məlumatda o da bildirilib ki, ötən il ərzində 6800 sağlamlıq imkanı məhdud olan uşaq əlillik dərəcəsi alıb. Onlardan 28,3 faizi əsəb xəstəliklərinin daşıyıcıları, 10,7 faizi isə ruhi və qavrama problemi olan uşaqlardır”.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi