Modern.az

QHT-lər Maliyyə Nazirliyinə illik hesabatı elektron formada təqdim edəcək

QHT-lər Maliyyə Nazirliyinə illik hesabatı elektron formada təqdim edəcək

28 Yanvar 2010, 14:37

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 15 yanvar 2010-cu il tarixli iclasında QHT-lərin fəaliyyəti haqqında Maliyyə Nazirliyinə illik maliyyə hesabatı verməsi məsələsinə baxılıb və bu istiqamətdə bir sıra çətinliklərin mövcudluğu qeyd edilib.

Bu mövzu yanvarın 28-də Şuranın sədri Azay Quliyevlə maliyyə nazirinin birinci müavini İlqar Fətizadə arasında keçirilən görüşdə müzakirə edilib.   Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə QHT-lərin Milli Mühasibat Uçotu Standartlarına keçidi, Maliyyə Nazirliyinə verəcəyi illik maliyyə hesabatlarının təqdimetmə qaydaları, bu sahədə bilik və bacarıqlarının artırılması və yaranacaq mümkün çətinliklərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb və aşağıdakı məsələlər haqqında ümumi  razılıq əldə edildi:

 

1 Aprel 2010-cu ilədək  QHT-lərin Maliyyə Nazirliyinə illik maliyyə hesabatlarının verilməsi üçün müvafiq tədbirlər planı hazırlanıb həyata keçirilsin;

Fevralın 10-dək hesabatların elektron formada qəbulu üçün Maliyyə Nazirliyi tərəfindən müvafiq proqram hazırlansın;

Hesabatların tərtibi ilə bağlı  fevralın 2-dək 10 nəfər  mütəxəssisdən ibarət işçi  qrupu yaradılsın və onlara müvafiq təlim keçirilsin; İşçi qrupu tərəfindən  martın 31-dək Bakı  və region QHT-lərinə hesabatların tərtibinə kömək məqsədilə təlimlər və məsləhət sessiyaları təşkil edilsin;

Hesabatların forması  Maliyyə Nazirliyi tərəfindən 3000 nüsxədə çap olunsun və Şuranın ofisinə, həmçinin  rayon maliyyə şöbələrinə müraciət edən QHT-lərə paylanılsın; Bu formalar Şuranın və Maliyyə Nazirliyinin saytlarında yerləşdirilsin;

İl ərzində maliyyə əməliyyatı aparmayan  QHT-lər hesabat formalarını müvafiq qaydada boş təqdim etməlidirlər;

Rayonlarda QHT-lərə hesabatın vaxtında verilməsinə və düzgün tərtib olunmasına yerli maliyyə şöbələri tərəfindən köməklik göstərilsin;

QHT-lərin məlumatlandırılması üçün KİV-in imkanlarından istifadə edilsin.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir