Modern.az

Fəxrəddin Manafovdan kino işçilərinə qınaq: “Biri var asan yaşamaq, biri də var vicdanla yaşamaq”

Fəxrəddin Manafovdan kino işçilərinə qınaq: “Biri var asan yaşamaq, biri də var vicdanla yaşamaq”

Mədəni̇yyət

4 Avqust 2012, 15:55

Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Fəxrəddin Manafov Azərbaycan Kinematoqrafçılar İttifaqınınıın sədri, kinorejissor Rüstəm İbrahimbəyova dəstək nümayiş etdirib. O, bu yaxınlaradək Rüstəm İbrahimbəyovun təşkilatında olan, lakin son günlər Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına keçənləri qınayıb.

Modern.az saytının məlumatına görə, F.Manafov kino günü ilə bağlı tədbirdə iştirakı zamanı çıxışında bildirib:

"Mən çox danışmaq istəməzdim. Amma məcburam, az danışa bilmərəm. İlk növbədə Rüstəm İbrahimbəyova təşəkkürümü bildirmək istəyirəm. Mən sizin ssenarilərinizlə var olmuşam. Bu qədər çəkilişdən keçmişəm, amma indi çox həyəcanlıyam. İlk dəfə çəkiliş meydançasını, kameraları, kinonu sizin ssenarilərinizlə gördüm. İndi zalda oturub baxıram və təəccüb edirəm. O adamlar ki, bir vaxtlar sizin bir baxışınıza möhtac idilər, indi onları bu zalda görmürəm. Özümə sual verirəm - məgər buna görəmi yanırdıq, gecələri yuxusuz qalırdıq, əzab çəkirdik, ağlayırdıq? Bunların baş verməsi üçünmü?
Görünür, bu qeyri-müəyyənlik kiməsə lazımdır. Burada bir tədbir keçirilir, "Nizami" kinoteatrında başqa tədbir. Burada kasıb, amma ruhu olan adamlar oturub, orada isə varlı, lakin ruhu olmayanlar. Biri var asan yaşamaq, biri də var vicdanla yaşamaq. Biz vicdanla yaşayırıq. Çox sağ olun...".

Anar Kəlbiyev 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır