Bu ilin mayında Türkiyənin Antalya şəhərində Dünya Türk Parlamentarilərinin I Konqresi keçiriləcək. Bu barədə Modern.az-a Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov məlumat verib. O, bildirib ki, tədbirin təşəbbüskarı Türkiyə Böyük Millət Məclisidir (TBMM). Təşkilatçı isə Türkdilli Ölkələrin Parlament Assambleyasıdır. Baş katibin sözlərinə gprə, Dünya Türk Parlamentarilərinin I Konqresinin keçirilməsində məqsəd türkdilli ölkələrin parlament təmsilçilərini bir araya gətirmək, ortaq problemləri müzakirə etməkdir.