Modern.az

Yaponiyalı alimlər Bakıya gəlirlər

Yaponiyalı alimlər Bakıya gəlirlər

28 Yanvar 2010, 18:18

Fevral ayında Tokio Universitetinin (Yaponiya) nümayəndələrinin Bakıya gəlişi gözlənilir. Səfər zamanı Tokio Universiteti və muzeyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu arasında birgə əməkdaşlıq haqqında sazişin imzalanması nəzərdə tutulub. Modern.az-ın məlumatına görə, bu barədə AMEA-nın mətbuat xidmətindən xəbər verilib. Bu ilin mart ayında Tokio Universitetində və Yaponiyanın Arxeologiya Cəmiyyətində keçiriləcək konfranslarda isə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri t.e.n Fərhad Quliyevin “Azərbaycan və ümumən Qafqazın ən qədim oturaq həyat tərzli neolit dövrünün erkən əkinçi tayfaları” mövzusunda məruzə ilə çıxış edəcəyi nəzərdə tutulub. Həmçinin Göytəpə neolit yaşayış məskənində aşkar olunmuş materialların Tokio Universitetinin laboratoriyalarında aparılan analizlərinin nəticələri Yaxın Şərq arxeologiyası üzrə mütəxəssis, universitetin neolit ekspedisiyasının rəhbəri, yaponiyalı arxeoloq, doktor Yoşohiro Nişiyaki tərəfindən elan olunacaq. Bundan başqa, Yaponiya mütəxəssislərinin Azərbaycanda apardıqları tədqiqatların dünya arxeologiyasında yeri və əhəmiyyəti müzakirə ediləcək  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir