Modern.az

Deputat Jalə Əliyeva ilə fotosöhbət

Deputat Jalə Əliyeva ilə fotosöhbət

Fotosöhbət

2 Fevral 2010, 09:30

Jalə Fazil qızı Əliyeva 1966-cı il oktyabrın 5-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini qırmızı diplomla bitirib, daha sonra həmin universitetin hüquq fakültəsində təhsil alıb. Filologiya elmləri doktorudur. Türk dili və ədəbiyyatı üzrə mütəxəssisdir. 2 monoqrafiyanın və 30-dan çox elmi məqalənin müəllifidir. Rus və ərəb dillərini bilir. 1988-ci ildən Azərbaycan Mədəniyyət Fondunda müfəttiş işləyib. 1992–2005-ci illərdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində tərcüməçi vəzifəsində çalışıb. 1996-cı ildən Bakı Dövlət Universitetinin müəllimi olub. Hazırda BDU-nun Türk filologiyası kafedrasının professorudur. Bitərəfdir. Milli Məclisin Mədəniyyət komitəsinin üzvüdür. Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Liviya, Azərbaycan-Slovakiya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin və Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvüdür. 1 övladı var.

 
 

Bu, mənim birinci şəkilimdi. Deyirlər bu şəkil çəkiləndə altı aylıq imişəm...

 
 Burada iki yaşım tamam olmayıb. Atam, anam, nənəmlə Kislovodskdayıq. 1968-ci ildir.
 
 

Tez-tez məni fotostudiyaya şəkil çəkdirməyə aparırmışlar. Bu şəkildə txminən 5 yaşım olar.

 
 

Anam diktor olanda ondan əl çəkmirdim. Bu şəkili telestudiyada çəkiblər. 6 yaşım olar.

 
 Artıq pionerəm. Dördüncü sinifdə oxusam da, müəliməmlə boyda bərabərik
 
 Bu VI sinif şəklimdi. Riyaziyyat gecəsi zamanı çəkilib. Orta məktəb yoldaşlarımla əlaqələrim var.
 
 Atamla çox az şəklim var.
 
 Atam “Uzaq sahillərdə” filmində Mixaylo rolunu oynamalıymış. Bunun üçün o, ilk mərhələdən də keçib. Ancaq sonra nəsə alınmayıb...
 
Bu da son zəng. Sinif yoldaşlarımızla söz vermişdik ki, heç olmasa, ildə bir dəfə görüşək. Ancaq iş elə gətirdi ki, biz 22 ildən sonra toplaşa bildik.

Burada I kurs tələbəsiyəm. Məzunu olduğum məktəbə dəvət olunmuşam. Onu da deyim ki, mən axıradək həm orta məktəbdə, həm də institutda sinif nümayəndəsi olmuşam.

 
III kursdayam. Lenin təqaüdü alıram. O zaman tələbə üçün bundan böyük nə ola bilərdi ki...

Xalamla birlikdə... Yalnız ailənin deyil, nəslin tək övladıyam. Ona gərə də məni hər yerə aparırdılar. Deyim ki, ərköyünlük üçün mənə şərait yaratsalar da heç zaman bundan sui-istifadə etməmişəm

İxtisasımı təkmilləşdirmək üçün sovet dönəmində Türkiyəyə göndərilmişəm. Buna səbəb əlaçı olmağım idi.
Anamla...
BDU-nu avqustda bitirdim, sentyabrda isə orada müəllim kimi fəaliyyətə başladım. Arxa fonda lövhədə ”İstiqlal marşı”nı mən yazmışam.
Şəkildən də görünür ki, artıq müəllim kimi təcrübəm var.
Namizədlik dissertasiyamı müdafiə edirəm. Füzulidən danışmaq asan deyil.

Toyum 1989-cu il dekabrın 26-da olub. Meydan hərəkatının qızğın vaxtlarıdır. Toyda Koroğlu üvertürası səslənəndə bütün kişilər ayağa qalxdı. Mən də ixtuyarsız olaraq onalara qoşuldum.

Altı yaşımda anamla çəkilən şəklimdi

Yuxarıdakı şəkillə müqayisə etməyə dəyər.

Türkiyənin zəfər günü qızımla şəkil çəkdirdim.
Nabrana ailəlikcə istirahətə getmişdik. 25 nəfərlik nümayəndə heyətinə kababı mən çəkirəm.
Bibim qızının toyudur.
Orucluğun son günü...

Seçkinin səhəri günü. Qızım da yanımdadır. Deyəsən o da gələcəkdə namizədliyini verəcək.

Strasburqdayam.
 
Avropa Parlamentinin binası önündə.
 
Mersində Türkiyənin dövlət naziri bizə mükafat verir.
 
Bolqarıstandayam.

 

Qızımı da Bolqarıstana aparmışam.

 

Bu şəkli qızım güzgüdən çəkib. Mənim üçün çox maraqlıdır...

 

Doktor Cavad Heyəti evimizə qonaq çağırmışıq.

 

Komitədə Vaqif Səmədoğlunun yubileyini qeyd edirik.

 

Burada isə Nizami Cəfərovun yubileyidir.

 

8 martda "Azərbaycan" qəzeti üçün şəkil çəkdiririk

 

Deputatın elçi getməyi çox maraqlı olurmuş. Xalam oğlunun elçiliyinə gedərkən...

 

Gürcüstan parlamentinin sədr müavini ilə.

 

Prezidentin Zərdaba gəlişi zərdablılar üçün toy-bayram idi.

 

Doktorluğumu müdafiə edirəm.

 

Doktorluğu müdafiədən sonra həmkarlarım məni təbrik edirlər

 

Qızımla xaricdə səfərdəyik.

 

Həmkarım Həvva Məmmədovanın qızının toyunda.

 

Zərdabda yeni məktəbin açılışı zamanı. 

 

28 May günü...

 

 İki böyük sənətkarın görüşünü izləmək çox maraqlıdır.

 

Şəkildə ön cərgədə gördüyünüz üç qardaşdırlar. Onlar ata və analarını vaxtsız itiriblər. Elə etmişəm ki, onlar ən kiçik problemlərini mənə ərklə, tələb şəklində deyirlər... 

 

Bolqarıstanın spikeri ilə görüş.

 

Qaradağda prezident seçkilərini müşahidə edən qrupun üzvləri ilə...

 

 

Mehmet Əli Şahin Türkiyə-Ermənistan sərhədləri ilə bağlı Azərbaycana gəlib.

 

Göyçayda nar bayramından sonra ağac əkirik.

 

Şəhidlər Xiyabanında.

 

Köməkçim Nurcanla.

 

Kipr səfəri zamanı...

 8 Martda Milli Məclisin sədri bizi təbrik edir.

 

Ulu öndərin abidəsi önündə..

 

ANS cənab Prezidenti 2008-ci ildə “İlin adamı” elan edib. 

 

Xoşladığım şəkillərimdəndir.

 

Milli Məclisdə iclas gedir.

 

Bu şəkil xəbərim olmadan çəkilib.

 

Son şəkillərimdəndir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi